Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2013
16:27
İmmuniteti artıran qidalar

Bir çox məhsullar müntəzəm şəkildə qəbul olunduqları halda immuniteti gücləndirmək xüsusiyyətinə malikdirlər.
Bunlar əsasən aşağıdakı məhsullardır:

- Gündəlik olaraq süd məhsulları (kefir, yoqurt, təbii kəsmik) qəbul etmək lazımdır. Bu məhsulların az və ya orta dərəcəli yağlılığı olan növlərini seçmək daha arzuolunandır. Kərə yağından da tamamilə imtina etmək olmaz – misal üçün, hər gün səhərlər kərə yağı ilə olan buterburodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı bir üsul sayılır.
Süd məhsullardan kefir və bioyoqurtlar daha xeyirli hesab olunur. Son araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Bunun səbəbi isə ondan ibarətdir ki, bu məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun hazırlanması daha da artır.

- İnsanların çox az bir hissəsi bilir ki, onların o qədər də diqqət yetirmədikləri lobya - bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyatordur (immuniteti stimullaşdıran və möhkəmləndirən maddə). Məsələ burasındadır ki, həm qabıqlı həm də təmizlənmiş şəkildə olan maş bitkisinin tərkibi, insan orqanizmində interferonun yaranmasına kömək edən maddə ilə zəngindir.

- Brokkoli, gül kələm, baş kələm, brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindirlər. Betakarotin isə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvülərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.

- Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün çox xeyirli hesab olunur. Tərkibindəki vitamin A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir. Bundan savayı, onlar bədəndən radionukleidlərin xaric olunmasına da köməklik göstərir.

- Sarımsaq, soğan, qıtıqotu kökünün (xren) tərkibi xeyli miqdarda "fitonsid" adlanan maddələrlə zəngindir. Bu isə mikroblar və viruslara qarşı olan mübarizədə, orqanizmə hədsiz dərəcədə kömək edir. Bunlar, yəqin ki, immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur. Qrip epidemiyası zamanı bu məhsulların müntəzəm şəkildə qəbul olunması sizi bu xəstəliyə yoluxmadan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiya zamanı evin müxtəlif yerlərində nəlbəkilərdə xırda doğranılmış soğan və sarımsaq qoyması da yaxşı nəticə verir.

- Dəniz məhsulları (balıq, krevet və s.) da immunitetin gücləndirilməsində böyük rol oynayır. Qızılbalıq, tunes və s. balıqlarında orqanizm üçün çox xeyirli hesab edilən maddələr vardır (Omeqa-3 yağ turşuları və s.). Orqanizmdə bu maddələrdən immun reaksiyanın mediatorları (köməkçiləri) sintez olunur. Bu maddələr orqanizmdə ağ qan cisimciklərinin (leykositlərin) hazırlanmasında da tələb olunur! Onlar həmçinin, arteriyaların divarında olan xolesterin yığınlarının təmizlənməsində də iştirak edirlər ki, bu da gələcəkdə ürək xəstəlikləri riskini azaltmış olur. Bu maddələr balığı çiy şəkildə yedikdə (dünyanın ən uzun ömürlü milləti olan yaponlar kimi) öz xüsusiyyətlərini daha yaxşı saxlayırlar. Ancaq siz balığı mütləq kulinar hazırlığından keçirmək istəsəniz, yadda saxlayın ki, uzun müddət bişirilən halda onların tərkibində olan xeyirli maddələrin parçalanması baş verir. Balığı bütöv şəkildə, folqa kağızına bükməklə sobada bişirməyə çalışın. Bu halda onun tərkibindəki xeyirli qida maddələri daha yaxşı saxlanmış olur.

- Dəniz yosunları. Onlar qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və ümumi immuniteti yaxşılaşdırırlar. Dənis yosunları apteklərdə qurudulmuş şəkildə satılır. Onları tərəvəzlərdən və göyərtilərdən hazırlanan təzə salatlara da əlavə etmək olar.

- Badam – immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin turşularının və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir.

- Qəbul etdiyiniz qidaların tərkibində müntəzəm olaraq yarmaların da (qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s.) olması, orqanizmin təmizlənməsinə - zərərli kimyəvi, radioaktiv maddələrin, şlakların orqanizmdən xaric olunmasına, bu isə öz növbəsində bizim immunitetimizin möhkəmlənməsinə kömək edir.

- Emal olunmamış taxıl və dənli bitkilərin tərkibində qida maddələrinin miqdarı, emal olunanlarla müqayisədə qat-qat artıq olur.

- Bal, arı südü, arı tozu, propolis təbii immunostimulyatorlar sayılır. Onların müntəzəm şəkildə istifadə edilməsi yaxşı nəticələr verir.

- Limon, portağal, narıngi (mandarin), kivi, itburnu, cəfəri, şüyüd, duza qöyulmiş kələmin tərkibində çox miqdarda askorbin turşusu (vitamin S) vardır ki, o da orqanizmin infeksiyalardan, soyuqdəymədən və digər zərərli faktorlarının təsirindən qoruyur. Bundan başqa askorbin turşusu həmçinin, orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir./saglamolun

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60938

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58667

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60365

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60010

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65579

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59813

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59995
Şərhlər
eli tərəfindən 24-09-2015 16:57:10 tarixində yazıldı
boy uzatmagin yollari
boy uzatmaq ucun ne etmek lazimdir
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2021 05:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru