Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2013
20:36
Azay Quliyevin adamları `Yeni Cumhuriyyət`ə basqın etdi
"Bu yazı bu gün saytdan itməsə sizi itirərik"

Azərbaycan dövlət başçısı "medianın dostu” elan edildikdən sonra bəziləri sadəlöhvcəsinə mətbuat sahəsində müəyyən irəliləyişlərin olacağını düşünürdü. Amma metroda qəzet satışının bu vaxtadək həll olunmaması, yeni köşklərin hələ də bazar piştaxtalarını xatırlatması məlum görüşün səmimiyyət dərəcəsini ortaya qoydu. Amma məsələ bununla bitmir...

... Artıq ölkə rəhbərinin sərəncamı ilə vəzifəyə təyin olunanlar da öz "dostluq” jestlərini göstərirlər. Bu gün saat 14:00 radələrində özünü QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbu orqanının baş redaktoru kimi təqdim edən və Şahin Məhərrəmov adıyla danışan iki şəxs redaksiyamıza gəlib. Cumhuriyyet.az saytında yer alan "QHT-lərə səlib yürüşü və Azay Quliyev maxinasiyaları” başlıqlı yazıya ( http://cumhuriyyet.az/sonxeber/2848-qht-lere-selib-yurushu-ve-azay-quliyev-maxinasiyalari.html) etirazın bildirən bu şəxslərə qarşı tərəfin mövqeyini dərc edə biləcəyimizi desək də, onlar bununla razılaşmadı. Özünü Şahin Məhərrəmov (bu şəxs Azay Quliyevin yaxın qohumudur) kimi təqdim edən şəxs "Yeni Cumhuriyyət” qəzetinin və cumhuriyyet.az saytının baş redaktoru Nəsimi Şərəfxanlını aşıq şəkildə təhdid etdi: "Bu yazını çıxartmasan və bir də bizim idarə (ifadə həmin şəxsə məxsusdur-red.) haqda yazsan sənin cavabını küçədə verəcəyik və mənim itirdiyim adam tapılmır”.

Hadisədən sonra dəfələrlə Azay Quliyevə telefon açsaq da deputat telefonumuzu götürmədi. Bundan sonra sözünü dediklərinə görə daha gedə biləcəklərini deyib "qonaqlarımı”zı yola saldıq. Baş verənlərlə bağlı isə bir informasiyanı diqqətə çatdırırıq. Azay Quliyev sən demə bu ölkədə ən çox vəzifə sahibi olan şəxs imiş.

1. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
2. Millət vəkili
3. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü
4. Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü
5. NazirlərKabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvü
6. Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasını nüzvü
7. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini nüzvü
8. Azərbaycan-Sloveniya parlamentlər arası əlaqələr üzrə işçi qruplarının üzvü
9. Azərbaycan-Rumıniya parlamentlər arası əlaqələr üzrə işçi qruplarının rəhbəri
10. Azərbaycan-Gürcüstan parlamentlər arası əlaqələr üzrə işçi qruplarının üzvü
11. Azərbaycan-İsveçrə parlamentlər arası əlaqələr üzrə işçi qruplarının üzvü
12. Azərbaycan-Fransa parlamentlər arası əlaqələr üzrə işçi qruplarının üzvü
13. Azərbaycan-İsveçrə parlamentlər arası əlaqələr üzrə işçi qruplarının üzvü
14. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü
Baş verənlərdən sonra bu sıraya 15-ci vəzifəni də artırmaq lazım gəlir. Media ilə qoçu dilində danışan məmur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
413

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 02:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru