Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2013
12:12
Natiq Cəfərli: ”Hökumət 5-6 nəfərin marağına, 9 milyonun marağını qurban verməklə, ölkəni autsayder bir məmləkətə çevirməkdə israrlıdır”

“Hökumət 9 milyonun marağını 5-6 oliqarxa qurban vermək istəyir”

“Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dünən yeni “Bali anlaşmasını” qəbul etdi. Bu anlaşma reallaşsa, dünya iqtisadiyyatı əlavə olaraq 980 milyard dollar qazanacaq, 21 milyona yaxın yeni iş yerləri yaranacaq, ticarətdə şəffaflıq artacaq, oyun qaydaları şəffaflaşacaq, qaydaları pozanlara ciddi sanksiyalar tətbiq olunacaq. “ FaktXeber.com-un verdiyi məlumata görə, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan ÜTT-yə üzv olmaq istəməsi məsələsinə münasibət bildirərkən qeyd edib.  

Natiq bəyin sözlərinə görə, Azərbaycan ÜTT-yə üzv olmaq istəmir və 16 ildir ki, üzv olmamaq üçün danışıqları imitasiya edir: “Guya, hökumət fermerlərin qeydinə qalır, kənd təsərrüfatına ciddi ziyan dəyəcəyini bəhanə edir. Boş söhbətlərdir, bizdə fermer, kənd təsərrüfatı qalıb bəyəm? Aqrar sektorun büdcədə, ÜDM-də payı gülməli səviyyədədir, xarici ticarətdə payı yox səviyyəsindədir, Türkiyənin (ÜTT üzvüdür) 100 fermeri, Azərbaycanın 800 min (rəsmən bu qədər fermer təsərrüfatı olduğu elan olunub) fermerindən daha çox məhsul ixrac edir.

ÜTT-yə üzv olmaq istəməyənlərin inhisarçı məmur və oliqarxların olduğunu bildirən ekspert, “onlar rəqabətə davamlı deyillər, qazancları inhisarçılıqdan çıxır, “oyun qaydalarını” ölkədə 5-6 nəfər oliqarx-məmur müəyyən edir, şəffaf və sivil oyun qaydalarını qəbul etmək istəmirlər. Əsil səbəb budur, nə fermerlərdir, nə də ki, xalqın maraqları, ölkə mütləq ilkin olaraq ÜTT-ə üzv olmalıdır ki, sivil dünyada iqtisadiyyatımız rəqabətli hala gələ bilsin”, - deyə qeyd edib: 

“Bundan əlavə, ÜTT-yə üzvlük Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamaq üçün ilkin şərtlərdən biridir. Hökumət 5-6 nəfərin marağını, 9 milyonun marağına qurban verməklə, ölkəni autsayder bir məmləkətə çevirməkdə israrlıdır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
161

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
301

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
227

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
211
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 16:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru