Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2013
14:12
Bakı məktəblərinin bufetlərində yeni qida standartları tam tətbiq olunacaq

Gələn il yanvarın 1-dən Bakı məktəblərinin bufetlərində şagirdlər üçün nəzərdə tutulan yeni qida standartları tam həcmdə tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, təhsil sistemində uşaqların təhsili, təlim-tərbiyəsi ilə yanaşı, onların fiziki sağlamlığı da vacibdir: "Bu baxımdan da Azərbaycanda "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tətbiqi ilə bağlı məsələyə diqqət etmək və nəzarəti həyata keçirmək üçün müəyyən işlər görülür. İlkin mərhələ artıq başlayıb. Bakıda yerləşən 320-dən çox dövlət məktəbində qida standartlarının tətbiqi ilə bağlı tam unifikasiya işlərinin həyata keçirilməsi üçün özəl operatorların bu işə cəlb edilməsinə başlanılıb".

Nazirin sözlərinə görə, Bakı məktəblərinin ölkədə yerləşən məktəblərin cəmi 8%-ni təşkil etməsinə baxmayaraq, orada oxuyan şagirdlərin sayı ölkədəki şagirdlərin 27 faizindən çoxdur: "Ona görə də biz bu layihənin 1-ci mərhələsində Bakı şəhərini əhatə etməklə proseslərin böyük hissəsini əhatə etmiş oluruq. Ölkənin digər ərazisində bu tədris ili ərzində standartların tam həcmdə tətbiq olunması üçün işləri başa çatdırmalıyıq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
298

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
494
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 07:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru