Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2013
14:59
Taylandda etiraz aksiyalarına görə xüsusi xidmət orqanlarının binası evakuasiya olunub

FaktXəbər-in verdiyi məlumata görə, Taylandda gedən etiraz aksiyaları ilə əlaqədar olaraq xüsusi kəşfiyyat departamentinin əməkdaşları evakuasiya olunub. Hüquq mühafizə orqanları müxalifət nümayəndələrinə qarşı gizli araşdırmalar apardıqlarından aksiyaçılar yürüşə məhv bu qurumdan başlamağı qərara alıblar. Yüzlərlə  insan binanı mühasirəyə alaraq baş nazir Yinqlak Çinavatın istefasını tələb edib.

Qeyd edək ki, artıq günlərdir ki, davam edən etiraz aksiyasına səbəb amnistiya barədə qanun layihəsi olub. Bu gün aksiyaçılar paytaxt Bankokdan kənarda yerləşən  hökumət idarələri kompleksinə yürüş ediblər.

Onlar 14 nazirliyin işini dayandırmaq və mühasirəyə almaq istəyiblər.

Xatırladaq ki, Tayland Parlamenti  2006-2010-cu il siyasi böhranının iştirakçılarının amnistiyası layihəsini qəbul edib. Müxalifət layihəni  tənqid edərək, qanunun sabiq baş nazir Taksin Çinvatın ölkəyə qayıtmasına imkan verəcəyini bildirib.

 Yerli jurnalistlər hesab edirlər ki, qanun layihəsi Taksin Çinnvatın yenidən siyasi həyata qaytarmaq cəhdidir.

Korrupsiyada ittiham olunan Taksin Çinnavat 2008-ci ildə ölkədən qaçmışdı. Bunun nəticəsində o, qiyabi olaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onu da bildirək ki, 2006-cı ildə Taylandda hərbçi çevriliş olub, daha iki sonra isə Çinvat ölkədən qaçıb. Hazırda bu vəzifədə onun bacısı Yinqlak Çinvat əyləşib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47331

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45535

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47135

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46715

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52276

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46392

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46836
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 12:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru