Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2013
12:26
Sinoptiklərdən xəbərdarlıq edir
Dekabrın 1-dək Azərbaycanda hava qeyri-sabit keçəcək, bəzi yerlərdə yağıntılı olacaq

Noyabrın 27-si axşamdan dekabrın 1-dək Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, noyabrın 27-si axşam əvvəlcə respublikanın qərb rayonları, noyabrın 28-də isə ayrı-ayrı rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.

Respublikanın dağlıq ərazilərində yağıntıların əsasən sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.

Noyabrın 29-da yağıntılarda qısa fasilə yaranacaq. Noyabrın 30-da və 30-dan dekabrın 1-nə keçən gecə respublika ərazisində yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

Ümumilikdə ölkədə qeyri-sabit hava şəraiti dekabrın 1-dək müşahidə ediləcək.

Bakıda və Abşeron yarımadasında noyabrın 27-nə nisbətən noyabrın 28-də havanın temperaturu 5-8 dərəcə enəcək.

Noyabrın 28-də Bakıda günorta saatlarında 9-14 dərəcə isti olacaq. Arabir güclənən şimal küləyi müşahidə olunacaq. Noyabrın 29-da isə şimal küləyi yenidən cənub küləyi ilə əvəzlənəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47006

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45175

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46770

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46390

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51931

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46040

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46563
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 16:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru