Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2013
20:21
“Azadlıq” qəzetindən Aydın Mirzəzadəyə cavab

“Azadlıq” qəzetinin saytı deputat Aydın Mirzəzadənin iddialarına cavab verib. Cavabı olduğu kimi təqdim edirik:

Noyabrın 15-də  “Azadlıq” qəzetinə yardım marafonu keçirildi və bu marafonda AXCP sədri Əli Kərimli də iştirak edərək qəzetə 1000 ABŞ dolları həcmində ianə verdi. Əli Kərimlinin 1000 dollarlıq ianəsi YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadəni “facebook” səhifəsində status yazmağa məcbur etdi.

Aydın Mirzəzadə  facebook səhifəsində yazıb: “Maraqlıdır, niyə radikal müxalifət lideri yardımı milli Azərbaycan manatı ilə yox, xarici ölkə valyutası ilə edib? Məgər o maaşı xarici valyuta ilə alır? Cənab Əli Kərimli bununla Azərbaycan dövlət atributlarından birinə hörmətsizliyini nümayiş etdirmiş olur. İkinci tərəfdən, sual olunur, o, xarici ölkə valyutasını haradan alır, ümumiyyətlə, onun gəliri haradandır ki, hələ yardım da edə bilir”? 

Aydın Mirzəzadə Əli Kərimliyə “daş” atmaq istəsə də, bu daş istiqamətini dəyişərək İlham Əliyevi hədəf almış oldu. Daha doğrusu millət vəkili qaş düzəltmək istədiyi yerdə, göz çıxarmış oldu.

Əvvəla, Aydın Mirzəzadənin də təmsil olunduğu komandanın hakimiyyəti dövründə bir qəzetin çapının dayandırılması, xüsusi ssenarilər əsasında məhkəmə cərimələrinə məhkum edilməsi və həmin qəzetin bank hesabına həbs qoyulması utancverici haldır və demokratik bir ölkədə seçilmiş millət vəkili bu reallığı kəskin tənqid etməli idi. 

İkincisi, Əli Kərimliyə dollar iradı tutan Aydın Mirzəzadə görünür ki, təmsil etdiyi partiyanın sədri, ölkə başçısı İlham Əliyevin çıxışlarını nə dinləyir, nə də bu çıxışların mətnini mətbuatdan oxuyur. Əks halda İlham Əliyevin bütün müşavirələrdə dollarla “at oynatdığı”nı hörmətli millət vəkili xatırlayardı. Aydın Mirzəzadənin yaddaşını bir neçə faktla təzələyək.

Ölkə başçısı İlham Əliyev 2013-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına dair Nazirlər Kabinetinin iclasında bildirir: “...ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur... ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir”. 

Başqa bir nümunə göstərək.  2009-2013 cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransda İlham Əliyev bildirir: “Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 46 milyard dolları ötüb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib...”.

Yaxud, Böyük britaniyanın “The Buisness Year” jurnalına müsahibəsində İlham Əliyev deyir: “...Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyuldu, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötdü”.

Aydın müəllim, inanın ki, bu nümunələr kifayət qədərdir. Hətta, dövlət atributlarına hörmətsizliklə bağlı Azərbaycan bayrağının tərsinə asılması faktları da var. Əli Kərimlinin fəaliyyəti dayandırılmış qəzetə yardımı dollarla göstərməsi dövlət atributuna hörmətsizlikdirsə, bəs onda dövlət başçısının bütün çıxışlarında ölkə iqtisadiyyatından dollarla danışması, gözünün qarşısında bayrağımızın tərsinə asılmasına susub-baxması nədir? Yaxşı olar ki, “atribut təəşşübkeşliyiniz” belə məqamlarda üzə çıxsın.

Aydın Mirzəzadənin statusunda  maraqlı məqamlardan biri də Əli Kərimliyə xitabən “Dollarlar hardandır?” deyib soruşmasıdır. Yoldaş Mirzəzadə radikal epiteti ilə damğaladığı müxalifətdə pulun haradan olmasını heyrətlə soruşur. Görünür o, təmsil olunduğu hakimiyyətin “müxalifətçilər acından ölməlidir” məntiqindən çıxış edir. O da ölkəni çapıb-talayan komanda yoldaşları kimi düşünür ki, dollarlar yalnız onlarda olmalıdır və onların bioloji yaşamları üçün xərclənməlidir. Onminlərlə üzvü, milyonlarla tərəfdarı olan bir partiyanın, partiya liderinin 1000 dollar tapıb azad sözü yaşatmaq üçün yardım edə bilməsini başa düşməkdə çətinlik çəkir.

Yəqin ki, Aydın Mrzəzadəyə maaşları dolanışıqlarına güclə çatmalı olan dövlət məmurlarının milyonlara, milyardlara, böyük-böyük holdinqlərə, iri malikanələrə, xaricdə adalardan tutmuş ofşor şirkətlərə, bank hesablarına qədər necə sahib olduqları barədə suallar versələr, dili tutular, gözlərini döyüb qalar. Millət vəkili adına iddia edən birinin belə faktlar qarşısında susub müxalifət liderindən 1000 dolların hesabını istəməsi ucuz populizm və qeyri-səmimlikdir ən azı.

Ölkənin müstəqillik yaşıdı olan bir qəzetin büdcəsinə keçirilən 1000 dolların hesabını əlbəttə ki, vermək olar, Aydın müəllim. Bəs ölkədən çıxarılan 48 milyardın hesabını necə verəcəksiniz?

P.S. Aydın Mirzəzadə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan üçüncü Mingəçevir abuturiyentinə də hər ay 100 manat təqaüd verəcəyini bildirmişdi. Başqa vaxt deputat məvaciblərinin özlərinə bəs etmədiyindən gileylənən Milli Məclis üzvlərindən biri bu qədər pulu hardan alır görəsən?

Azadliq.info

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
195

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
206

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
312

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
240
Şərhlər
Xamaya Qayası. tərəfindən 16-11-2013 22:40:50 tarixində yazıldı
"Azadlıq info""Azadlıq" qəzetindən A.Mirzəzadəyə cavab.
Hörmətli Cənablar Azərbaycanda xarici ölkələrlə bank hesablaşmaları,o cümlədən də bir sıra müxtəlif layihələri və digər əməliyyatları həyata keçirmək üçün qoyulan vəsait(investisiyalar) xarici şirkətlər və iş adamları tərəfindən dollarla həyata keçirildiyi üçün plun öz adı ilə adlandırılır. Bütün dünyada bu belədir. O ki,qaldı sizin dediyiniz və yazdığınız kimi ölkədən kimlər tərəfindənsə çıxarılaraq xarici banklarda,ofşor hesablarda(şotlar)saxlanan və digər yerlərə xərclənən iri məbləğli pullara, əgər əlinizdə faktlar varsa verin məhkəmələrə,sübut edin, biz də sizə inanaq.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 21:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru