Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2013
09:31
125 manata yaşamaq olar?
Ölkədə minimum yaşayış həddi üçün müəyyənləşdirilən məbləğin aşağıdır

2014-cü ilin dövlət büdcəsində yaşayış minimumu artırılaraq 125 manata çatdırılacaq. Ötən il bu rəqəm 116 manat idi. Amma artıma baxmayaraq yenə də bu göstərici mübahisə mövzusuna çevrilib. Məsələ burasındadır ki, yaşayış minimumu istehlak səbəti əsasında tənzimlənir. Bu səbətə isə bəzi ərzaq, qeyri-ərzaq məhsulları və bir sıra xidmətlər daxildir.

İstehlak səbətinə il ərzində minimum miqdarda istifadə edilən çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət, süd, balıq, yumurta, şəkər, bitki və heyvan mənşəli yağlar və digər məhsullar daxil edilir.

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertlərinin bazar qiymətləri əsasında apardığı hesablamalara görə, təkcə ərzaq məhsullarının qiyməti əhalinin əmək qabiliyyətli hissəsi üçün 106 manat 97 qəpik, pensiyaçılar üçün 94 manat 21 qəpik, uşaqlar üçün isə 116 manat 15 qəpik təşkil edir.

Nəzər alsaq ki, istehlak səbətinə qeyri-ərzaq məhsulları və xidmətlər də daxildir, o zaman ümumi məbləğ əhalinin əmək qabiliyyətli hissəsi üçün 172 manat 48 qəpik, pensiyaçılar üçün 154 manat 64 qəpik, uşaqlar üçün isə daha çox 209 manat 94 qəpik olur. Bu isə müəyyən edilmiş yaşayış minimumundan çoxdur. Üstəlik bu ərzaqların qiymətləri minimum rəqəmlə hesablanıb. Ekpsertlər bu fərqin yaranma səbəbini normaların düzgün müəyyən edilməməsində görür.

İqtisadçı ekspert Qalib Toğrulun sözlərinə görə, bu daha çox milli xüsusiyyətləri nəzərə alaraq müəyyənləşdirilməlidir. "Çörək, un məhsulları çox olmalı və digər göstəricilər Avropa standartlarına uyğunlaşdırılmalıdır”.

Millət vəkili Fazil Mustafa da ölkədə minimum yaşayış həddi üçün müəyyənləşdirilən məbləğin aşağı olduğu qənaətindədir. "Evlərdə çox sayda əlil saxlayan insanlar var, onların xərcləri nəzərdə tutulmur. Həkim xərcləri, dərman xərcləri düşünülmür. Bunu ancaq normal vətəndaşı düşünməklə sosial siyasət yürüdüb bu fərqi aradan qaldırmaq olar”.

Azərbaycanda istehlak səbətinə daxil olan yaşayış tələbatı üzrə normalar sonuncu dəfə 2009-cu ildə müəyyənləşdirilib. Halbuki qanuna görə, istehlak səbətinin tərkibinə ən geci 3 ildən bir baxılmalıdır. Bir sıra Avropa ölkələrində isə istehlak səbəti üzrə normaları hətta ildə bir neçə dəfə müəyyənləşdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2095

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2240

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
268

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
291

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
236

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 07:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru