Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Noyabr

2013
11:23
ASAN xidmətdə ÇƏTİNə düşən iş

Bütün azadlıqıları əlindən alınmış, quru çörəyə möhtac qoyulmuş insanı xoşbəxt eləməkdən asan heç nə yoxdu. Azacıq azadlıq, azacıq yağlı kökə şükranlıq üçün artıqlaması ilə bəs edir.

Dünən ilkə dəfə ASAN-ın xidmətindən yararlananda yuxarıdakı fikirlərin həqiqət olduğuna daha artıq əmin oldum. Uzun illər ən xırda məsələnin həllində bürokratiyadan əziyyət çəkən insanlarımız ASAN-nın dəbdəbəli binalarından, əvvəlkindən fərqli mülayim rəftardan bir az rahatlanıblar. Amma mən gördüm ki, ASAN-ın öhdəsindən gəlmədiyi ÇƏTİN işlər varmış.

Yaxın bir qohumum Binəqədi rayonundan Xırdalandakı mənzilimə pasport qeydiyyatına düşürdü. Mülk sahibi kimi rəsmi razılıq vermək üçün ASAN-ın Sumqayıt bürosuna getmişdim. Çox vaxt itirməmək üçün saat 9-da Sumqayıtda oldum. Amma orada çatanda öyrəndim ki, xidmətdə iş saatı saat 10-da başlayır. Bir saat gözləməkdən savayı çıxış yolum qalmadı.

Məlum oldu ki, qeydiyyat prosesi 3 mərhələdən keçəcək: razılıq ərizəsinin notarial qaydada təsdiqi, yeni ünvan üzrə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədlərin qəbulu, hərbi uçotun yeni ünvana dəyişdirilməsi.

Birinci 2 mərhələni keçmək üçün təxminən 1 saat vaxt sərf elədim. Ən dəhşətlisi 3-cü mərhələdə baş verdi. ASAN-dan lazımi sənədləri götürüb Binəqədi "hərbi stolu"na getdik. Dedilər sənədlərə qol çəkmək üçün rəis yoxdu, gedin sabah gəlin. Bir qol üçün bir də sabah gedəsi olduq və ordan sənədləri götürüb Abşeron "voyenkom"una getdik. Orada dedilər ki, bəs ASAN xidmətdə sizə razılıq ərizəsinin surətini verməli idilər, verməyiblər. Getdik Sumaqyıtdan onu da gətirdik və faktiki olaraq hərbi uçotdan çıxmaq üçün 2 günümüz getdi - hər rayona 2 dəfə (üst-üstə 4 dəfə). Sumqayıta 2 dəfə (hələ əlavə bir dəfə də 3 gün sonra yeni şəxsiyyət vəsiqəsini almaq üçün gedəcəyik) getdiyimizi də nəzərə alsaq, bir nəfərin ünvanan dəyişdirməsi üçün 2 gün vaxtı, 3 inzibati ərazi vahidinə üst-üstə 7 dəfə təpik döyməsi gərəkirsə, bunun harası ASAN xidmət oldu? Bu ki ÇƏTİN xitmətdi. Heç bir məntiq yoxdu - sən pasport qeydiyyatı üçün daxili işlər orqanının ASAN-da bölməsini yaradırsan, amma hərbi uçot üçün oxşar bölmə yaratmırsan. Bu ona oxşayır ki, palçıq kərpicdən ev tikirsən, içərisini avrotəmir edirsən.

Rövşən Ağayev
iqtisadçı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
146

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
164

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
181

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
240

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
191

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
485
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 17:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru