Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2013
12:27
“Dövlət büdcəsindən kompensasiya üçün Azərsuya 1 manat olsun belə maliyyə ayrılmayıb”
Anar Cəbrayıl: “Hökumət kompensasiya ilə bağlı özü qərar verməlidir. Azərsu burada sırf icraçı təşkilat kimi çıxış edir”

Bir neçə gün bundan öncə “Azərsu rəhbərliyi Kəlbəcər köçkününü şəxsi mülkiyyətindən didərgin salıb” başlıqlı xəbər dərc etmişdik. Xəbərdə Kəlbəcər rayonunun Yanşaq kəndindən məcburi köçkün olan, hazırda Bakının Nəsimi rayonunda, Ənvər Hüseynov küçəsi, məhəllə 1061, ev 7, mənzil 195 ünvanında yaşayan Mürsəlov Zamin Saqi oğlu, Azərsu ASC tərəfindən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı onun Abşeron rayonunun Hökməli qəsəbəsində olan və ərazisi 0,05 hektar torpaq sahəsi üzərindəki mülkiyyət hüququ pozulduğunu bildirirdi. Sözügedən mülkiyyət hüququnun pozulması ilə bağlı buradan oxuya bilərsiniz. 

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıl ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən “Azərsu” rəsmisi bildirdi ki, Zamin Mürsəliyevin şikayəti ilə bağlı hal-hazırda araşdırmalar aparılır. Onun sözlərin görə Qəbələ Oğuz su kəmərinin çəkilişi zamanı torpaq sahələrindən istifadə edilən 2 minə yaxın vətəndaşa kompensasiya ödənilməyib: “Eyni halda kompensasiyanın ödənilməsi üçün dövlət büdcəsindən Azərsuya bir manat da olsun maliyyə ayrılmayıb. Sadəcə su kəmərinin çəkildiyi ərəfədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq komissiya yaradılıb və komissiyanın tərkibinə Torpaq və Xəritə Çəkmə Komitəsi, rayon icra hakimiyyətləri daxil edilib. Komissiyaya daxil edilən qurumlar hansı torpaqların, ərazilərin və bağların plana düşməsi ilə bağlı araşdırma aparıb açıqlama verməli idi. Yalnız bundan sonra kompensasiya və ya əvəzləşdirmə məsələsi gündəliyə qoyulmuşdu.” 

Vətəndaşların bu məsələdə ən çox Azərsunu məhkəməyə verdiklərini söyləyən Anar Cəbrayıl, “kompensasiya verilməmişdən öncə kimin nə qədər və hansı dəyərdə torpağının olması müəyyənləşdirilməlidir. Digər tərəfdən torpaqlar növlərindən, üzərindəki ağaclardan və bitkilərdən asılı olaraq qiyməti dəyişir. Hal-hazırda bunların heç biri müəyyən edilməyib. Ona görə də vətəndaşlara dəqiq heç nə deyə bilmərik”, - deyə qeyd etdi. 

“Belə bir vəziyyətdə nəyə görə vətəndaşların icazəsi olmadan onların torpaq sahələrindən istifadə edilib. Bu vətəndaşın mülkiyyət hüquqlarının pozulması demək deyilmi”, - sualını da cavablandıran Azərsu rəsmisi, “bununla bağlı bir söz deyə bilməyəcəm. Qəbələ-Oğuz su kəməri 2007-2010-cu illərdə icra edilmiş layihədir. Bu günə qədər vətəndaşlar Azərsuyu məhkəməyə verməkdə davam edirlər. Sözügedən işlərdə hökumət tərəfindən yekun rəy olmadığına görə, biz nəyəsə əsaslana bilmirik. Bir sözlə hökumət kompensasiya və digər məsələlərlə bağlı özü qərar verməlidir. Azərsu burada sırf icraçı təşkilat kimi çıxış edir. Bizdən üstün məsul olan isə Nazirlər Kabineti və hökumətdir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2095

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2235

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
268

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru