Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2013
10:16
Azərbaycan İslam Partiyası `Vətən` blokuna qoşuldu

Bu gün (noyabr ayının 9-da) Azərbaycan İslam Partiyasının  Prezident seçkilərindən sonra ilk Baş Məclisi keçirildi. Baş Məclis tam tərkibdə, yəni  bütün  rayon komitə sədrlərinin və partiyanın ali orqanının digər üzvlərinin iştirakı ilə işinə başladı.
Baş Məclisin gündəliyinə ölkədə ictimai-siyasi vəziyyət, 09 oktyabr 2013-cü il Prezident seçkiləri  və onun nəticələri, AİP rayon təşkilatları və partiya üzvlərinin  seçki prosesindəki fəaliyyətləri, qarşıda duran vəzifələr, perspektivlər barədə və cari məsələlər daxil edilmişdi.

Baş Məclisdə AİP sədr əvəzi Elçin Manafov, sədrin birinci müavini İnqilab Əhədli, sədrin siyasi məsələlər üzrə müavini Akif Heydərli geniş məzmunda çıxış etdilər, toplantıda  qurumun rayon komitə sədrlərinin fikir və düşüncələri, təklifləri dinlənildi.

AİP Baş Məclisi partiyanın gələcək fəaliyyətini müəyyənləşdirən priaritet amillər diqqətə çatdırıldı. Baş Məclisin  üzvləri  Azərbaycan İslam Partiyasının  “Vətən”  blokuna  daxil olması məsələsini də geniş müzakirə etdilər. Çıxışlarda müxtəlif fikirlər səsləndirildi. AİP-in  bu blok daxilində perspektivləri, Ədalət, Yaşıllar partiyaları ilə  yaxından əməkdaşlığının  bu qurum üçün əhəmiyyətli  şərh olundu və bildirildi. Çıxış edənlər  blokun formatı, gələcək inkişafı, burada təmsil olunan ayrı-ayrı partiyaların siyasi müstəqilliyinin də qorunub saxlanılması kimi  prinsipial məsələlərinə  diqqət yetirildi.
Baş Məclis üzvləri  AİP-in “Vətən” blokuna daxil olmaq təklifini  geniş müzakirədən sonra  səsə  qoydular. Səs çoxluğu  ilə təklif qəbul edildi.
 
 AİP Baş Məclisi  toplantının sonunda bəyanat  qəbul etdi.
 
Bəyanatda  deyilir, “Azərbaycan İslam Partiyası 09 oktyabr 2013-cü il Prezident  seçkilərinin  total saxtakarlıqla keçdiyini, İslamçılara qarşı xüsusi qərəz  göstərilməsini bəyan edir və  kəskin şəkildə pisləyir. Bu seçki  və onun nəticələri  növbəti  beş il ərzində Azərbaycan xalqını narahat edən problemlərin aradan qaldırılmasını, torpaqlarımızın  erməni işğalından  azad ediləcəyini şübhə altına aldı. Çünki seçkinin nəticələri  Azərbaycan xalqının iradəsi ilə müəyyənləşmədi. Belə olsaydı  həmişə haqqın, qanunun, sadə insanın yanında olmağa çalışan, ölkədə Konstitusiyanın və qanunlarımızın aliliyini təmin etməyi həyatının və ictimai fəaliyyətinin əsası  hesab edən, bu yolda  yorulmadan  mübarizə aparan İlyas İsmayılovun real göstəriciləri rəsmi şəkildə etiraf olunardı.
Baş Məclis seçkidə baş verən  qanunsuzluqları, İslam Partiyasının  dəstəklədiyinə görə  namizədə qarşı  neqativ münasibəti, Vətən blokunun  namizədinə qarşı haqsızlığı  və əsas məsələ olan xalqımızın, dövlətimizin perspektiv inkişafının inamlı şəkildə təminatının şərtləndirən  amili  nəzərə alaraq seçkinin qeyri-obyektiv keçirildiyini élan edir və qəbul etmir.
 AİP Baş Məclisi ölkədə qanunçuluğun  təminatını,  başda  Hacı Mövsüm Səmədov olmaqla haqsız yerə həbs olunan inanclı insanların tezliklə azadlığa buraxılmasını tələb edir. Xalqın polis dəyənəyi ilə  deyil, qanunlarla idarə edilməsinin, qanunların hakimiyyət orqanları tərəfindən icra edilməsinin vaxtı çatmışdır. Korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılmasına ictimai nəzarətin həyata keçirilməsini təmin etmədən  bu bəladan azad olmağın mümkünsüzlüyü hakimiyyət tərəfindən  dərk edilməli, konkret tədbirlər  həyata keçirilməlidir.
 Biz toplantı iştirakçıları hazırkı iqtidarın seçkidən sonra yenə də inanclı insanlara  qarşı qəddarcasına davranılmasını və bir neçə şəxsin həbsə alınmasını, istintaq altında  olan islamçıların qeyri-adekvat olaraq ağır  cəzalandırılmasını  kəskin pisləyir, günahsız insanların lüzumsuz ittihamlarına  son qoyulmasını  tələb edirik.”/islaminsesi.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
105

Bibiheybət yolu gələn həftə açılır

03

İyun
08:58
NƏQLİYYAT
287

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
283

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
222

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
325

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
338

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 09:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru