Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2013
20:25
Kirayə evlərin qiyməti və təhsil haqqları bahalaşıb

2013-cü ilin oktyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,2 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir ki, ay ərzində mal əti, qarabaşaq yarması, alma, heyva, nar, limon, naringi, qoz, şabalıd, kələm, çuğundur, kök, balqabaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, un, düyü, makaron, qoyun və toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, xiyar, pomidor, kartof, soğan və sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Oktyabr ayında qeyri-ərzaq mallarından parçaların, alət və avadanlıqların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, məişət cihazlarının, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri oktyabr ayında ucuzlaşıb, ali təhsil müəssələrində təhsil haqlarının, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18438

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17057

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18432

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18001

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23496

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17946

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18070
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 07:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru