
2013 prezident seçkilərindən sonra, oktyabrın 24-də Azərbaycanda 3 nazirlik postu dəyişdirildi. Onlardan biri də Müdafiə Nazirliyidir.
Bildiyiniz kimi Azərbaycan qeyri-döyüş şəraitində olmasına baxmayaraq, hərbi xidmətdə əsgər ölümləri tez-tez baş verir. Səfər Əbiyevin vaxtında hərbi xidmətdə naməlum səbəblərdən övladlarının ölümü ilə bağlı heç bir nəticəyə gələ bilməyən şəhid ailələrinin bəzisi yeni müdafiə nazirinə ümidlə baxır; bəziləri isə düşünür ki, bütün məsələlərin həll olunması üçün nazir yox, hakimiyyət, rejim dəyişilməlidir.
Yeni nazir Zakir Həsənovun dövründə şəhid ailələrinin hansı addım atacaqları ilə bağlı onların bəziləri ilə əlaqə saxlayıb, münasibətlərini öyrəndik.
2010-cu ildə Daşkəsəndə N saylı hərbi hissədə baş vermiş kütləvi qətliamda övladını itirən Bəyalı Əzizov noyabrın 14-ü Müdafiə naziri ilə görüşmək ehtimalı olduğunu dedi: “Oktyabrın 28-də bizim RATİ-nin ofisində tədbirimiz oldu. Bu tədbirdə bir çox məsələləri işıqlandırdıq. Bunlara daxildir: yeni nazirə müraciət, sosial problemlərin həlli, sığorta pullarının verilməsi və s. Digər məsələlər də gündəmə gəldi. Biz şəhid ailələri olaraq övladlarımızın naməlum səbəblərdən ölməsi və ya öldürülməsi ilə bağlı araşdırmalarda sona qədər israr edəcəyik. Bu gün də, sabah da bu mübarizədən əl çəkməyəcəyik. O ki, qaldı bizim yeni nazirə münasibətimiz, bu nazirləri dəyişməklə heç bir fayda olmayacaq. Bu mənim qəti fikrimdir.”
Şəhid atası Bayalı Əzizov yeni müdafiə naziri Zakir Həsənovla görüşməkdə israrlı olduğunu bildirdi: “Oktyabrın 28-də olan tədbirdən çıxandan sonra, bir neçə şəhid ailələri Müdafiə Nazirliyinə getdik. Orada nazir Zakir Həsənovla üzbəüz görüşmək istədiyimiz bildirdik. Düzdür, ilk başdan etiraz etdilər, sonra bildirdilər ki, bir neçə gün sonra zəng edin. Mən də daxil olmaqla, digər şəhid ailələri dedik ki, əgər nazirin özü ilə görüş mümkün olacaqsa, görüşəcəyik, əks halda heç birimiz nazirliyin digər nümayəndələri ilə görüşməyəcəyik. Bizim bu danışığımızdan sonra görüşlə bağlı nazirlik noyabrın 14-ə qeyd etdi. Əslində nazirlə görüşmək üçün xeyli şəhid ailələri var. Amma biz hesab edirik ki, görüşdə 4-5 nəfər də olsa kifayətdir. Görüşdə nəinki öz övladlarımızın öldürülməsi ilə bağlı cinayətlərin araşdırılması, həmçinin orduda olan özbaşınalıqlara, korrupsiyaya “dedovşin”ya son qoyulmasını da tələb edəcəyik.”
Sonda Bayalı bəy şəhid olmuş oğlu Elxan Əzizovun, əgər həyatda olsaydı, bu gün 24 yaşı tamam olacağını bildirdi.
Daha sonra digər şəhid ailəsi ilə əlaqə saxladıq. 2011-ci ildə şəhid olmuş Elçin Kərimbəylinin atası Əli Kərimbəyli “Atəşkəs Qurbanları” ictimai təşkilatı adından yeni müdafiə nazirinə müraciət edəcəklərini dedi: “Onu deyim ki, bütün bu halların baş verməməsi üçün nazir yox, sistem dəyişilməlidir. Amma biz mübarizəmizi davam etdirəcəyik. Yeni nazirə isə təzə olduğundan heç nə deyə bilmərəm, amma heç bir müsbət nəticə də gözləmirəm. Azərbaycanda hələ bir general, nazir yoxdur ki, desin, mən şəhid atasıyam. Nə olursa, kasıblara olur”
Şəmkir rayon Yeni Həyat kənd sakini, şəhid Elşən Novruzovun anası Səlbixanım Novruzova da yeni gələn nazirlə görüşmək üçün qeydiyyata düşdüyünü dedi: “Noyabrın 14-ü ola bilsin ki, nazir biz şəhid ailələrini qəbul etsin. Amma yeni nazirə qarşı mənim münasibətim hələ ki, yaxşıdır. Bir şəhid anası kimi istəyirəm ki, övladımın qanı yerdə qalmasın. Oğlumun ölümündə günahı olanların hamısının cəzalandırılmasını istəyirəm.”
Həkimlərin vurduğu iynələrdən və yanlış müalicələrdən çürüyərək ölən əsgər Eldar Novruzovun atası Qədir Novruzov oğlunu öldürən həkimlərin gələn həftə həbs olunacağını bildirdi: ”Mənim oğlum Elşəni Hərbi Hospitalda ilk əməliyyat edən həkim Vasif Adıgözəlov olub. O vaxt yazdılar ki, guya Hərbi Hospitalın həkimi Vasif Adıgözəlov həbs olunub. Ancaq o, həbs olunmamışdır. Oğlum hospitalda olanda digər həkimlərin vurduğu iynələrin nəticəsində orqanları çürüdü. Bununla bağlı mən Ali Məhkəməyə qədər şikayət etmişdim. Lakin Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib işi geri qaytarmışdı. Hazırda Apelyasiya Məhkəməsində bir aydan çoxdur ki, məhkəmə davam edir. İndi bazar ertəsi məhkəmədə hökm oxunmalıdır. Mən elə düşünürəm ki, həkim Vasif Adıgözəlov həbs olunacaq. Ancaq istintaq müddətində Vasif Adıgözəlovdan başqa, oğluma zərərli iynə vuran həkimlərin adı istintaqdan çıxarılmışdı. Hazırda bu da Apelyasiya Məhkəməsində araşdırılır. Yəqin ki, birinci gün cinayətkarlar həbs olunacaq. Amma mən yeni nazir Zakir Həsənova bütün bu olanlarla bağlı məktub göndərəcəm. Həm də ən dəhşətlisi o idi ki, oğlumun əsgərlikdən dönməsinə 2-3 gün qalmış öldürdülər”.
Nərgiz

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi