Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2013
14:00
Rusiya İctimai Palatasının sədri Azay Quliyevə cavab verdi

Məlum olduğu kimi 18.10.2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixova məktub göndərmişdi. Müraciətdə məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə cıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulması və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə edilmişdi.

Bu günlərdə İctimai Palatanın sədri Y.P.Velixov müraciəti cavablandırıb. O, cavab məktubunda bildirib ki, Rusiya ictimaiyyəti Orxan Zeynalovun həbsi ətrafında yaranmış vəziyyətdən çox narahatdır. Bununla əlaqədar İctimai Palata Rusiyanın daxili işlər naziri V.A.Kolokolçevə və Baş prokror Y.Y.Çaykaya müraciət edib. Y.Velixov qeyd edib ki,  baş verən bu hadisə yalnız Azərbaycana yönəlik deyil, ümumilikdə Rusiyada olan miqrasiya probleminin təzahürüdür. İctimai Palata hazırda istintaqla bağlı vəziyyəti nəzarət altında saxladığını və prosesin gedişatı ilə bağlı Şuranı gələcəkdə də məlumatlandıracağını bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
568

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 01:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru