Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2013
22:32
WikiLeaks Bakıdakı ABŞ kəşfiyyatından yazdı

WikiLeaks internet layihəsi özünün twitter səhifəsində ABŞ kəşfiyyatçılarının dünya üzrə fəal olduğu məntəqələrin qeyd edildiyi xəritəni dərc edib.

Həmin xəritədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) dünyanın müxtəlif ölkələrindəki dinləmə məntəqələri qeyd olunub.

Virtualaz.org saytıWikiLeaks-in rəsmi twitter səhifəsinə istinadən xəbər verir ki, həmin siyahıda Azərbaycanın da adı var.

Bu sənəd MTA-nın keçmiş əməkdaşı Edvard Snouden tərəfindən Almaniyanın məşhur “Şpigel” (“Der Spiegel”) dərgisində çap olunmaq üçün təqdim edilib. Bu barədə newsru.com xəbər yayıb.

Sənəddə Amerika xüsusi xidmət orqanlarının bütün dünya üzrə fəallıq səviyyəsi öz əksini tapır.

Lakin “Şpigel”in növbəti sayının nəşrindən sonra məlum olub ki, həmin xəritə çapa getməzdən əvvəl əhəmiyyətli dərəcədə korrektə edilib. Oradakı informasiyaların əksəriyyəti nədənsə silinib.

Xəritənin orijinalı cryptome.org portalının saytında açıqlanıb. Çox adam bu saytı WikiLeaks-in xələfi sayır.

Şəhərlər həmin xəritədə müxtəlif rənglərlə işarələnib. Məsələn, xüsusi xidmət orqanları əməkdaşlarının (“Staffed location”) olduğu nöqtələr ağ rənglə işarələnib. Xəritədə belə məntəqələrin sayı 74-dür. Onların arasında Avropanın və Amerikanın nəhəng paytaxt şəhərləri - Moskva, Paris, Berlin, Roma, Madrid, habelə Kito (Ekvador), Brazilia (Braziliya), Havana (Kuba) da var.

Bakı da xəritədə ağ rənglə işarələnib. MTA-nın birdən-birə 5 məntəqəsi isə Çində - Pekin və Şanxayda yerləşibmiş.

Daha 14 ölkədə isə izləmə prosesi uzaq məsafədən idarə olunmaqla həyata keçirilib. Moskva da daxil olmaqla bir neçə şəhərdə casusluq fəaliyyətinin bu növü MTA tərəfindən əlavə formalarda gerçəkləşdirilib. Məsələn, Yunanıstanın paytaxtı Afinada MTA-nın telefon danışıqlarının dinlənilməsini və informasiyaların ələ keçirilməsini təmin edən super müasir texniki mərkəzi ABŞ-ın bu şəhərdəki səfirliyinin binasının son mərtəbəsində və damında yerləşdirilibmiş. Bənzər gizli obyekt   lər Kabil və Vyanada da yaradılıb.

İki şəhər xəritədə yaşıl rənglə işarələnib. Bu da “texniki aktivliyin yüksək səviyyəsi”ni ifadə edir. Belqrad da daxil olmaqla üç şəhər xəritədə qırmızı rənglə işarələnib. Qırmızı rəng “fəal müşahidə” anlamını verir. Daha üç şəhər boz rənglə göstərilib ki, bu da onların “potensial müşahidə aparılan məkan” olması deməkdir.

Newsru.com saytının məlumatına görə, ABŞ kəşfiyyatının dünyanın iri şəhərlərində total izləmə ilə məşğul olması bu ilin yayında üzə çıxıb. ABŞ hökumətinin PRİSM adlı həddən ziyadə məxfi proqramının mövcud olmasına dair sübutlar mətbuatın əlinə ifşaçı rolunda çıxış edən Edvard Snoudenin sayəsində düşüb.

Xəbərdə qeyd olunur ki, Vaşinqton dünya ölkələrinin əksər liderlərinin telefon və internet danışıqlarını məhz PRİSM proqramının köməyi ilə dinləyib və ya nəzarətdə saxlayıb.

Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanlarının Almaniya kansleri Angela Merkelin telefonunu dinləməsi haqqında bu günlərdə yayılan məlumat böyük rezonans doğurmuşdu. Bundan əvvəl isə məlum olmuşdu ki, MTA Meksika və Braziliya prezidentlərinin rəsmi yazışmasını, habelə İspaniyada 60 milyondan artıq telefon danışığını gizlicə izləyib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
926

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
310

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
606
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2019 04:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru