Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2013
14:18
Gürcüstanda Qədir-Xum bayramı keçirilib

Gürcüstanın Marneuli şəhərinin Mədəniyyət Evində Əhli-Beyt Cəmiyyəti tərəfindən Qədir-Xum münasibətiylə bayram tədbiri keçirilib. Tədbir Quran tilavəti ilə başlanıb. Sonra söz alimlərə verilib.  İmam Əli (ə) məscidinin axundu Hacı Hacı Hacıyev Qədir-Xumun mahiyyəti haqda çıxış edib. QMİ-nin Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev İmam Əlinin (ə) fəzilətlərindən danışıb.

İmam Rza (ə) mədrəsəsinin müdürü Hacı Əziz Nəbiyev İmam Əlinin (ə) İslamdakı yerindən bəhs edib. “Əhli-Beyt” jurnalının redaktor müavini Elçin Daşdanzadə İslam vəhdətindən və müsəlman qardaşlığından söz edib. “Zeynəb” Qadınlar Cəmiyyətinin heyət üzvü Esmira Nəsibova müsəlmanları bu böyük bayram münasibətilə təbrik edib və qadınlar cəmiyyətinin fəaliyyətlərindən danışıb. Daha sonra “Zeynəb” Qadinlar Cəmiyyətinin keçirdiyi  qadınlararası Xanım Zəhranı (s.ə) tanıyaq adlı kitab yarışmasının qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdə həmçinin bir neçə gün öncə Əhli-Beyt Cəmiyyəti tərəfindən düzənlənmiş möhtəşəm Quran hifzi müsabiqəsinin nəticələri açıqlanıb və qalibləri mükafatlandırılıb. Qaliblər Əhli-Beyt Cəmiyyəti tərəfindən “Fəxri Fərman”la təltif olunublar və müxtəlif hədiyyələrə layiq görülüblər.

Ceyhun Müəzzin və həmkarları şeirlər və ilahilər səsləndiriblər.

Tədbir Fərəc duasının oxunması ilə başa çatıb. Bayram tədbirində Tiflisdən, Bolnisidən və Marneulidən gəlmiş yüzlərlə müsəlman iştirak edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
413

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 02:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru