Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2013
14:56
Elşad İskəndərov Qədir-Xum təbriki etdi
"Bütün Əhli-beyt sevən bacı və qardaşlarımızı Qədr-Xum bayramı münasibətilə təbrik edirəm"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Qədir-Xum bayramı münasibətilə Azərbaycanın şiə müsəlmanlarını təbrik edib. Komitə sədri özünün Facebook səhifəsində yazdığı təbrikdə qeyd edib:

”Bütün Əhli-beyt sevən bacı və qardaşlarımızı Nəbevi vəsiyyəti rəmzi – Qədr-Xum bayramı münasibətilə təbrik edir, Əhli-beyt sevgisinin Ümmətin birləşdirilməsi və hər 2 anlamda xeyirlərə vəsilə olmasını təmənni edirəm”.

Qədir-Xum şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur:

Şimal istiqamətində bir yol Mədinəyə gedir;
Şərq istiqamətində bir yol İraqa gedir;
Qərb istiqamətində bir yol Misirə gedir;

Cənub istiqamətində bir yol Yəmənə gedir. Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir. Lakin bir zamanlar İslam tarixinin ən böyük hadisələrindən birinin şahidi olub. O hadisə Məhəmməd peyğəmbərin (s) Əli ibn Əbu Talibi canişin təyin etməsi idi. Xəlifələr siyasi səbəblər üzündən bu böyük tarixi hadisəni xatirələrdən silmək istəsələr də, hazırda bir çox təəssübkeş insanlar məlum dəlillərə əsasən, onu məhv etmək, yaxud əhəmiyyətsiz qələmə vermək istəsələr də, bu hadisənin tarix, hədis və ərəb ədəbiyyatında ifa etdiyi geniş rol onu məxfi saxlamağı, yaxud tarix səhifəsindən silməyi mümkünsüz edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 02:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru