Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2013
16:37
4566
Səud ailəsinin xəyanətlərindən bəhs edən səs-küylü film
"Qumlar Kralı" filmi vəhabiliyin tarixindən və İsrailin yaranmasından da bəhs edir

Məşhur rejissor Nejdət Anzurun Səudiyyə xanədanının tarixindən bəhs edən "Qumların Kralı" filmi yəqin ki, yaxın vaxtlarda bütün dünya ölkələrində nümayiş etdiriləcək. Artıq filmin Britaniyada premyerası olub.

FaktXəbər-in məlumatına görə, filmin çəkilişi çox çətinliklərdən keçib. Bu çətinliklər milyonlarla dollar rüşvətdən və təhdidlərdən ibarət olub. Nejdet Anzur bildirir ki, filmin çəkilişləri zamanı bu yoldan imtina etməyim müqabilində ayrı-ayrı şəxslər tərəfindən külli miqdarda pul təklifləri alıb: "Pulun heç də hər şeyi həll edə bilmədiyini görüb, ölümlə təhdid etdilər. Amma mən bu ailənin müsəlmanların başına açdığı oyunları, etdiyi xəyanətləri işıqlandırmaq üçün önəmli tarixi faktlara əsaslanan filmin nə bahasına olursa-olsun çəkiləcəyinə qərar verdim."

Filmdə Səudiyyə xanədanının hiylələri, qurduğu oyunları, xəyanətləri, qətliamları açıq şəkildə işıqlandırılır.

Rejissor bildirir ki, filmin çəkilişində hazırda Ərəbistanın İslam ölkələrinin parçalaması və müsəlmanların bir-birini qırması üçün gördüyü işlərdən faydalanıb. O, tarixi faktlara nəzər yetirdiyini və hər şeyin bir-biri ilə üst-üstə düşdyünü görüb və bu faktlar da filmin ərsəyə gəlməsinə səbəb olub: "Bəzi tarixi faktlar var ki, Səud ailəsi onların üstünü pul gücünə örtüb. Amma Səud xanədanından bəhs edən bu ilk film bütün faktları yenidən gün işığına çıxardı. ərəbistan rejiminin qurulma formasından artıq hər kəs xəbərdar olacaq. Mən siyasətçi deyiləm, amma zülm, hiylə və xəyanətə nifrət edirəm. Filmdə bəhs edtiklərim hadisələrin hər biri tarixi sənədlərə əsaslanır. Burada Osmanlının parçalanması üçün ingilislərlə Səud ailəsinin əməkdaşlığından, vəhabiliyin yaranmasında böyük rolu olan "Şeyx Abdullah" ləqəbli ingilis casusu Henri Filbidən (1885-ci ildə anadan olub və tacir kimi Ərəbistanda fəaliyyət göstərib, 1965-ci ildə ölüb), İsrailin yaranmasına razılığın verilməsindən, Səud xanədanının ömrünün davam edəcəyi müddətdə Böyük Britaniyanın tapşırığı əsasında iş görəcəyinə dair müqavilənin imzalanmasından da bəhs etmişəm. Filmdə həmçinin göstərmişəm ki, Səud ailəsi Qurani-Kərimin adından istifadə edib necə qətliamlar törədirlər."

Qeyd edək ki, filmdə vahibiliyin yaradılması üçün Böyük Britaniyanın 200 il Səud ailəsi ilə iş apardığı barədə də geniş bəhs olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
37

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
174

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
225

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
46

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
35

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
62

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
37
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 16:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru