Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2013
21:18
Azay Quliyev əfvlə bağlı danışdı
"Müraciətləri, ərizə, arayışları mütəmadi şəkildə araşdırırıq"

Son günlərin ən çox müzakirəyə  səbəb olan mövzularından  biri də Qurban bayramı ərəfəsində əfv fərmanının verilib-verilməməsidir. “Yeni Müsavat”ın ötən saylarından birində hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlının əfvlə bağlı ümidli olduqlarını bildirilmişdilər. Onlar əfvin bu ilin sonunadək olma ehtimalının mümkünlüyünü ifadə edərək Əfv Komissiyasının bu sahədə mütəmadi şəkildə çalışdığını vurğulamışdılar.

Real durumu başqa bir mənbədən öyrənmək niyyəti ilə Əfv Komissiyasının üzvü, deputat Azay Quliyevlə əlaqə saxladıq.

Suallarımızı cavablandıran A.Quliyev bunları bildirdi:

“Əfv Komissiyasının üzvü olaraq onu deyə bilərəm ki, əfvin olub-olmamasını yalnız cənab prezident müəyyən edir. Biz isə öz öhdəmizə düşən işləri görürük. Müraciətləri, ərizə, arayışları mütəmadi şəkildə araşdırırıq. Bu günədək xeyli işə baxmışıq. Hələ də bu proses davam edir. Əfvin nə vaxt olacağını isə bizlər deyə bilmərik, bu, cənab prezidentdən asılıdır. 1 aya da, 5 aya da bu qərar verilə bilər”.

Hazırda həbsdə olan sabiq nazir Fərhad Əliyevin və onun qardaşı Rafiq Əliyevin seçkidə cəzaçəkmə müəssisəsində İlham Əliyevə səs vermələri, bunun ölkə mediasında geniş şəkildə işıqlandırması yaxın günlərdə əfv olacağı, Əliyev qardaşlarının da bu əfvə düşəcəkləri ehtimalını yaradıb. Bu məsələyə də münasibətini bildirən A.Quliyev məsələni siyasi yöndən təhlil etməyin düzgün olmadığını dedi: “Əliyev qardaşlarının bu addımı çoxmilyonlu Azərbaycan vətəndaşları kimi düzgün verilmiş qərardır. Onların bu qərarlarını bəyan etmələri isə sadəcə vətəndaş kimi mövqelərini ifadədir və onların hüququdur. Bunu birbaşa əfvlə əlaqələndirmək düzgün deyil. Digər məhbuslar kimi onlar da vaxtilə komissiyamıza müraciətlər ediblər. Əgər mövcud qaydalara uyğun gələrlərsə fərq qoymadan onların da əfv olunması mümkündür. Amma bu məsələ ilə bağlı da dəqiq nəsə bildirmək olmur. Çünki, hələ əfv siyahısının tərtibi davam edir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
197

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
210

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
337

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
271

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
283

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
316

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
335

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
365
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 00:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru