Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2013
16:51
Səudiyyə Ərəbistanındakı rejimin dünyadan gizlədilən dəhşətli qətliamı

Səud hökumətinin açıqladığı bir hesabatda bu cür yazılır: "İslam dinindən çıxan bir zümrə 1 məhərrəm 1400-cü il səhər namazından istifadə edərək, soyuq və odlu silahla Kəbəyə hücum etdilər."

Bu xəbərdən dərhal sonra xarici işlər naziri Səud əl-Feysal bu zümrəni "radikal" və "dəli" adlandırdı: "Radikal və dəlilərdən ibarət bir qrup Kəbəyə hücum etdilər..."

Səud vəliəhdi isə təhqirlər lüğətinə yeni sözlər əlavə edərək, "manyaklar", "din və vətən düşmənləri" kimi ifadələrlə düşüncələrini açıqladı.

Şahzadə Misal bin Əbdüləzizin düşüncəsi isə bu idi: "Kəbə hadisəsi İslama qarşı edilən xaçlı hücumlarının bu günə çatan davamıdır."

Bəli... Bəs həqiqətdə hadisə necə idi? Cəmiyyətdə "Kəbə hadisəsi", "Kəbə basqını" kimi ifadələrlə dilə gətirilən aksiyanın mahiyyəti, iç üzü və qəhrəmanları kimlər idi? İddia və elan edildiyi kimi bir qrup "manyak" və "İslam dinindən cıxmış" "pozğun" "xaçlı hücumlarının davamı" kimi Kəbəyə hücum etmiş və bu müqəddəs məkanı ələ keçirmişdi? Yoxsa bütün dünyanı sprut kimi ağuşuna almış kütləvi informasiya vasitələrinin dişliləri bu hadisədə də öz maraqlarını təmin etmək üçün xüsusilə müsəlman ictimaiyyəti tam əks istiqamətəmi yönəldirdilər? Necə ki, fərasət sahibi insanlar üçün hələ hadisənin əvvəlində məlum olan bu həqiqət bir müddət sonra hər kəsə aydınlaşacaq və "Kəbə basqını"nın Cuheyman əl-Uteybi liderliyi altında bir qrup səmimi və ixlaslı mücahidin müqəddəs diyarı münafiq Səud rejiminin əsarətindən xilas etmək təşəbbüsü olduğu görünəcəkdi.

Yeni hicri ilinin (1400) ilk günü. Çərşənbə axşamı. Hava hələ alatoranlıqdır. Kəbə ətrafındakı prospektlərdə dayanan avtomobillərdən sərnişinlər düşürlər. Təxminən 1000-ə yaxın silahlı Şeyx Məhəmməd bin Səbilin imamlığı ilə səhər namazının qılındığı Məscidül-Hərama - Kəbə evinə girir. Bir az sonra Kəbə ələ keçirildikdə bəzi silahlıların "Allahu-Əkbər" səsləri məscidi başına götürür, digər bir qrup da məscidin qapılarını bağlayır və Kəbənin təhlükəsizlik işçilərini həbs edirlər. Üçüncü bir qrup isə Məkkə səmasına ucalmış minarələrə doğru irəliləyirlər.

Kəbənin kənarında isə inqilabçı qruplar arxa tərəfin təhlükəsizliyini qorumaq üçün Məkkə daxilinə uzanan Əbu Qübeys dağında özlərinə mövqe seçirlər. Sızan bəzi xəbərlər Kəbə ətrafındakı evlərdə də inqilabçıların olduğunu vurğulayırdı.

Kəbənin daxilində olan çoxlu sayda gizli polis tapança və dəyənəklərlə inqilabçılara etiraz etdilər. İnqilabçıların sıx atəşi qarşısında polislər qaçmaq məcburiyyətində qalır, biri öldürüldü, ikisi yaralandı. Eyni anda inqilabçılar xurma dolu vedrələri məscidin içərisinə yerləşdirirdilər.

İnqilabçıların silahları avtomatlardan ibarət idi. Həmçinin ağır yük maşınları, köhnə tüfənglər, tapança və xəncərləri də vardı.

MÜCAHİDLƏRİN SİYASİ İSTƏKLƏRİ

İnqilabçılardan biri mikrofonlar vasitəsi ilə istəklərini elan edirdi:

1. Qərbdən idxal edilən mədəniyyət təqlid və dəyərlərə son qoyularaq, islami ədalətin bərqərar olunması, imperialist qərbli ölkələri ilə əlaqələrin kəsilməsi.

2. Atadan oğula keçən krallıq sisteminin ləğv edilərək İslam dövlətinin qurulması, xain Səud ailəsinin mühakimə olunması və xalqdan oğurladıqlarının geri qaytarılması.

3. Allahın nazil etdiyi ilə hökm etməyən, ölkəni imperialistlər və xarici firmalara örüy yeri edən Kral Xalid və ailəsinin kafirliklərinin elan edilməsi.

4. İslama və müsəlmanlara qarşı düşmən mövqeyinə görə ABŞ-a neft ixracatının dayandırılması, ölkənin ehtiyaclarına uyğun şəkildə neft istehsalının azaldılaraq milli sərvətin israf edilməməsi.

5. Ərəb yarımadasını ələ keçirən bütün xarici hərbi ekspertlər və məsləhətçilərin ölkədən qovulması, xarici hərbi düşərgələrin ləğv edilməsi.

Rejim isə inqilabçıların əsas istəklərini ört-basdır etməyə və hadisənin siyasi ölçülərini gizlətməklə məşğul idi. Necə ki, daxili işlər naziri Nayif belə bir açıqlama vermişdi: "Hadisə, siyasi məzmundan olduqca uzaqdır. Nə siyasi bir istəkləri var, nə də ABŞ-a neftin kəsilməsini istədilər."

Hökumətin 21 oktyabr 1979-cu ildə yayımladığı ilk açıqlamada, inqilabçılar, "İslamdan çıxmış zümrə", - deyə xarakterizə edilirdi.

Bütün qəzetlər və xəbər agentlikləri yaxşı bilirdilər ki, inqilabçıların siyasi istəkləri var, bir az əvvəl onlardan bir neçəsini sıraladıq. Ciddədəki Franse Press xəbər agentliyinin müxbiri belə deyirdi: "...Məkkə hadisəsi hər hansı bir siyasi faktordan çox uzaqdır."
Təkcə bu açıqlama və rəsmi məlumat Ciddədəki əlaqədar tərəflər arasındakı münasibəti göstərirdi.

"Vaşinqton Post" isə belə yazır: "Məscidül-Hərama silahlı hücum Səud hökuməti və iqtidara birbaşa meydan oxumaq sayılır. Hadisə təhlükəsizliyin təmin olunmasıyla başa çatacaq."

İşin maraqlı tərəfi isə Səud ailəsinin bir nümayəndəsinin Amerikanın "Newsweek" jurnalına verdiyi açıqlama idi: "Məscidül-Həramı işğal edən camaatın məqsədi Ərəb yarımadasında narahatlıq yaratmaq və qarışıqlıq salmaqdır."

Əslində hökumət necə xilas olacağını bilmədiyi bir dalana girmişdi. Hətta həmin vaxt Tunisdə toplantı keçirən Ərəb Zirvəsinə qatılan jurnalistlər və müşahidəçilər Fəhdin üzündə böyük bir narahatlığın olduğunu seziblər. Görüşlər isə keçirilməyib.  

Aksiyanın başlanmasından iki gün sonra inqilabçıların vətəndaşlıqları müəyyənləşdi. Onların 3/4-ü Ərəb yarımadasından idilər. Yarımadadakı zadəgan Uteybə, Yam, Matir Səmr və Arizə kimi Ərəb qəbilələrindən.

Qahirədə dərc olunan "əl-Əhram" qəzeti belə yazır: "Silahlılar son 35 il ərzində Səud ailəsinə qarşı mübarizə aparan Uteybə qəbiləsinin üzvləridir."

Səud mətbuatı inqilabçıların vətəndaşlıqlarını qarışdırdığı kimi saylarını da gizlədirdi. Kəbə imamı Şeyx Məhəmməd bin Səbilin inqilabçıların saylarının 1000-ə yaxın olmasını söyləməsinə baxmayaraq, şahzadə Nayif, 8 yanvar 1980-ci il günü Riyad universitetinin tələbələri ilə görüşdə gülünc bir açıqlama vermişdi: "Sayları bir əlin barmaqlarından çox olmayan bir qrup Kəbəyə girməyə cəhd göstəriblər!"

SƏUD TAXTININ QORUNMASI ÜÇÜN SƏFƏRBƏRLİK

Kəbə qiyamı Səud rəhbərliyi üçün çox güclü zərbə idi. Varlığını sarsıtmış, səlahiyyətlilərin ürəklərinə qorxu salmışdı. Xilas ola bilməyəcəkləri bir dalana girmişdi. Bütün davranışları və hərəkətlərində narahatlıq, qarışıqlıq və tərəddüd özünü göstərirdi. Necə hərəkət edəcəklərini bilmirdilər. Nə söyləyəcəklərini də. Səud rəhbərliyinin informasiya naziri Məhəmməd Əbdu Yəməni səudluların həyəcanlı bəyanatlarının səbəbinə dair jurnalistlərin sualına belə cavab verirdi: "Nə edim? Müdafiə və daxili işlər nazirləri ilə əlaqə yaratdım. Kəbənin işğal xəbərini yayımlayıb, yayımlalamaq barədə soruşdum. Heç nə demədilər."

Elə həmin ərəfələrdə qvardiya rəhbəri Şahzadə Abdullah təcili şəkildə ölkəyə dönmüşdü. Narahat və kədərli olan Şahzadə Fəhd isə ölkəyə dönməkdə ləng davranırdı.

Hadisənin tamamilə gün işığına çıxması üçün rəhbərlik devrilmənin bir addımlığında olan Səud taxtının qorunması üçün səfərbərlik elan edərək, ölkə tarixində ilk dəfə bəzi tədbirlər gördü. Bu tədbirlərin aşkara çıxanları bunlar idi:

1. Hadisə günü hökumət polis və əsgərləri tərkisilah etdi. Silahların güllələrdən təmizlənməsi və anbarların bağlanmasını istədi. Bu hadisəni Ciddədəki polis rəislərindən biri belə şərh edirdi: "Həmin günlərdə əllərində bıçaq tutmuş bir qrup quldur üstümüzə hücum etsə, geri dönər qaçardıq."

Həmçinin qvardiya əsgərləri də orduda genişmiqyaslı təmizləmə işləri apardı.

2. Nazirliklər və Ciddədəki Amerika səfirliyinin mühafizəsi gücləndirildi. Nazirliklərin qapılarını bir əsgər əvəzinə üç əsgərin qoruduğu və zirehli texnikanın ABŞ səfirliyi qarşısında keşik çəkdiyi görünürdü.

3. Bütün Ərəb yarımadasında ciddi tədbirlər görüldü. Tədbirlər bunlar idi:

a) Rəhbərlik əleyhində afişaların paylanması qorxusuyla post xidmətinə nəzarət gücləndirildi.

b) Bütün yollarda zirehli paltar geymiş qvardiya əsgərlərindən təşkil edilmiş nəzarət-keçid məntəqələri yaradıldı. 70 km-lik Məkkə-Ciddə yolunda hərəkət dayandırılmışdı.

c) Məkkə, Mədinə və Taifdə küçəyə çıxmaq qadağan edilmişdi.

d) Silah qaçaqmalçılığının qarşısını almaq üçün Ərəb yarımadası, quru və dəniz sərhədlərində nəzarət bir neçə dəfə artırılmışdı.

4. Səud hökuməti iki həftə ərzində ölkədə yaşayan iranlılar və pakistanlıları deportasiya etmişdi. Xarici ölkə vətəndaşlarını da deportasiya etmək üçün 26 təyyarədən istifadə olundu.

5. Mədinədəki İslam Universiteti və Məkkədəki Şəriət Fakültəsi tələbələrinin inqilabçı mücahidlərə qoşulmalarının qarşısını almaq üçün təhsil ocaqları bağlandı.

6. Mətbuat nümayəndələrinin inqilabçılarla əlaqə qurmasını qadağan edən hökumət, ətrafdakı Amerika hərbi maşınlarını görmədiklərini və yalan xəbərləri yaymalarını tapşırmışdı.

Bu vəziyyət "Economist" jurnalı müxbirini belə deməyə məcbur etmişdi: "Səudiyyə Ərəbistanı hökuməti mətbuata görmək icazəsini verəcək qədər comərd ola bilmədi. Ötən ay Məkkədə baş verən hadisələrdən sonra bu mövzuda daha vasvası davranmağa başladı. Bu anda, Məscidi Harama hücum edənlərin çoxu açıqca göstərildi.

7. Hadisənin olduğu gündən etibarən daxili və xarici telefon əlaqələri kəsildi. Tunisdə təşkil edilən 10-cu Ərəb Zirvə Konfransında olan Şahzadə Fəhd, Ciddə ilə telefon əlaqəsi yaratmaq istəyir, ancaq bu mümkün olmur.

Səkkizinci Milli Qvardiya Qüvvələrinin başçısı Şahzadə Abdullah bin Əbdüləziz inqilabı yatırtmaq məqsədiylə Mərakeş səfərini yarımçıq kəsərək yarımadaya dönür. Ölkəyə qayıdan kimi dərhal Amerika səfiri Jhon Westi qəbul edir. İngiltərədəki İslam Şurasının Qüds barədə təşkil etdiyi beynəlxalq konfransa qatılması üçün Londona getməsi qərarlaşdırılan Şahzadə Fəhd isə proqramını dəyişdirir.

9. Ordu qüvvələri, Qvardiya, daxili təhlükəsizlik qüvvələri və kəşfiyyat orqanlarında tam səfərbərlik elan edilir. Silahlı qüvvələrdəki bütün icazələr ləğv olunur. Hətta küçəyə çıxmağın qadağan olunmasına görə bəzi əsgərlərin hərbi hissəyə gətirilməsi üçün xüsusi maşınlar göndərilir.  Piyadalar və zirehli maşınlar şəhərlərin girişlərinə və nazirliklərin qarşısına toplanır.

KƏBƏ GÜLLƏ ATƏŞİNƏ TUTULUR

Tarix boyunca üç tağut Kəbənin müqəddəsliyini tapdalamağa cəhd göstərir. Birincisi Kəbəni yıxmaq üçün ordusu və fili ilə hücum edən Əbrəhə əl-Əsrəm idi. Ancaq onlar Əbabil quşlarının hücumuna məruz qaldılar.  

İkincisi isə Kəbəni mancanaqlarla atəşə tutan fasiq Yezid ibni Müaviyə idi. Üçüncüsü isə adamları Kəbədə toplaşan Abdullah bin Zubeyr qiyamı əsnasında Kəbənin bir qisimini dağıdan Xəlifə Əbdülməlikin nümayəndəsi Həccac bin Yusuf Əs-Səqəfidir.

Və tarix yenidən təkrarlanır. Müqəddəs torpaqlar tapdalanır. Günahsız möminləri öldürmək və Allah evini tapdalamaq üçün kafirlərdən kömək istəyən çagdaş tağut Səud ailəsi müsəlmanları öldürür. Eynilə inqilabçı şəhid Cüheymanın daxili işlər naziri Nayifə dediyi kimi: "İndi, Beytullahı (Kəbəni) dağıtmaq və müsəlman bir insanı öldürmək üçün kafirlərdən kömək istədiyiniz üçün sizləri kafir olaraq gördüm."

Səud ailəsi Kəbənin müqəddəsliyini tapdalamadan əvvəl cinayətlərinə haqq qazandırmaq üçün mətbuat vasitəsi ilə inqilabçıların əlində girovların olduğu şayiəsini yaydı.

Ancaq əslində mücahidlərin əlində bir nəfər də olsun girov yox idi. Çünki Məscidül-Həramın imamı Məhəmməd bin Səbil hacılarla birlikdə çölə çıxaraq, heç bir girovun olmadığını söyləmişdi.

Belə olduğu halda, Səud rejiminin Kəbəyə hücumda taxtını qorumaqdan başqa bir məqsədinin olmadığı açıq görünürdü.

Səud rejimi Amerikadan yardım istədi. İlk dəfə pilotsuz təyyarədən istifadə olundu ancaq mücahidlər onlardan ikisini vura bildilər. Daha sonra minarələrə istifadəsi qadağan olan zəhərli qaz bombaları atıldı və xeyli inqilabçı öldü.

İnqilabçılar döyüşərək həmin vaxta kimi 3 min əsgər öldürmüşdülər. Özləri isə 1000 nəfər itki vermişdilər.

3000 Amerika komandosu Səud əsgərlərinin paltarını geyinərək Məkkəyə girmiş və həmin vaxt iordaniya xüsusi təyinatlıları da köməyə gələrək 30.000 əsgərlə böyük bir güc yaratmışdı. Kəbə divarları top atəşinə tutuldu və divardan açılan deşiklərdən əsgərlər içəri daxil oldular.

Şahzadə Mutab deyirdi: "Əlhamdulillah, əsgərlərimiz toplar sayəsində uzaqdan Kəbənin qapılarını açmağı bacardılar. Açılan qapılardan girən tanklar bu kafirlərə atəş açdılar."

İnqilabçıların müqavimətini qıra bilməyib Kəbə evini suya basdılar və sulara zəhər qatdılar. Amma yenə təslim barədə düşüncə yox idi. Belə olan halda, inqilabçıların sığındığı aşağı mərtəbələrə zəhərli oksigen vurdular. Daha sonra isə yandırıcı bombalar atdılar. Bu bombalar sayəsində 400 mücahid yandı. Müqavimət son ana qədər davam etdi və onlar havasızlıqdan yoruldular. Yorulanlar arasında hərəkatın lideri Cuheyman da var idi.

Kəbədəki döyüş 22 gün davam etdi. Hökumət birliklərindən 5000-dən çox əsgər yaralandı və öldü.

İnqilabçıların həbs olunmasından sonra iyrənc işgəncələr başlamışdı. Bədənlərində yaralar açılır, əlləri, ayaqları və barmaqları kəsilirdi. Yemək verilmirdi.

Aparılan gizli və sürətli mühakimədən sonra 180 inqilabçı heç bir hökm elan edilmədən gizlicə edam olundu.

Bir neçə gün sonra isə 63 nəfərdən ibarət inqilabçı Kral Xalidin verdiyi əmrlə 8 yanvar 1980-ci ildə  8 vilayətdə edam edildi.

İnqilabçılar ölərkən belə, "Allahu Əkbər", "Səud ailəsinə ölüm" şüarları qışqırırlarmış.

Mühakimənin ilk günü lider Cuheymanın qolları kəsildi, ikinci gün isə ayaqları kəsilərək, asıldı!

Cüheyman edam olunarkən, səud krallığını və sələfi-vəhhabi şeyxlərinin müsəlman olmadıqlarını bəyan edərək, mərdcəsinə edama getdi!

Bəli, Səud rejimi öz taxtını qorumaq üçün Kəbəni top atəşinə tutdu, qan su yerinə axdı. Amma bu barədə dünya mətbuatı susdu. Çünki Səud rejiminin nefti onların boğazına axırdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
75

Təhsil Nazirliyinə 2 milyon manat ayrılıb

21

Noyabr
16:26
BÖLMƏNİ DÜZ SEÇ!
127

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
165

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
125

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
180

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
180

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
251
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 17:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru