Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2013
15:02
Prokurorluq 3 milyon 358 min manat dəyərində əmlaka həbs qoyub

Oktyabrın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Tədbir cari ilin 9 ayı ərzində idarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə  geniş ictimaiyyətin məlumatlandırılması və Baş  prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası ilə tanışlıq məqsədilə təşkil edilib.

FaktXəbər-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Baş  prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bildirib ki, mütəşəkkil cinayətkarlığın  təhlükəli təzahürlərindən olan korrupsiya sosial problem olduğuna görə, onunla mübarizə hamılıqla aparılmalı, onunla mübarizə  təkcə dövlət orqanlarının deyil, cəmiyyətin hər bir üzvünün vəzifəsinə çevrilməlidir.

Bildirildi ki, korrupsiyaya qarşı səmərəli mübarizə 2013-cü ili 9 ay ərzində uğurla davam etdirilib. Bu müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən “161-nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 3915 müraciət  daxil olub. İdarədə araşdırılmış 307 müraciətdən 21 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 1078 müraciət təmin edilib.

Cari ilin  doqquz ayı ərzində  idarənin əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi  başlanıb.

Ötən dövr ərzində idarədə cinayət xarakterli material kimi baxılmış 232 müraciət üzrə 132 cinayət işi başlanıb, o cümlədən cinayət işlərindən 47 cinayət işi ayrıca icraata ayrılıb.

2013-cü ilin son doqquz ayı ərzində idarənin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılıb, təqsirləndirilən şəxslərdən bəraət alanı olmayıb. İstintaqı başa çatdırılmış  cinayət işləri üzrə  3 milyon 358 min manat dəyərində əmlak üzərinə  həbs qoyulması təmin edilib.

İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
274

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1382

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
256

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
336

AMB-nin valyuta məzənnələri

22

Noyabr
10:07
İQTİSADİYYAT
363
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru