Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2013
12:09
Seçkilərlə bağlı Mətbuat Şurasında `qaynar xətt` yaradılacaq

Bu gün Bakıda "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfrans keçirilib.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Mərkəzi Seçki Komisiyasının (MSK) təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox KİV rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan KİVDF rəhbəri Vüqar Səfərli qeyd edib ki, konfransın məqsədi müşahidəçi jurnalistlərin hüquqlarını onlara bir daha anlatma və maarifləndirmə işi aparmaqdan ibarətdir.

V.Səfərli deyib ki, prezident seçkilərində jurnalistlərin üzrərinə seçkiləri müşahidə aparmaq və ictimaiyyətə düzgün məlumatlar çatdırmaq kimi məsuliyyətli bir vəzifə düşür.

MSK sədrinin müavini Natiq Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan bir neçə illərdir ki, uğurlu seçki təcrübəsinə yiyələnir. O qeyd edib ki, Azərbaycan seçkilərin beynəlxalq standartlara uyğun və şəffaf şəkildə keçirilməsi üçün öhdəsinə düşən bütün işləri görür. N.Məmmədov vurğulayıb ki, seçki prosesində KİV-in də iştirakı vacib məsələdir, çünki seçkilərin şəffaf keçirilməsində jurnalistlərin də üzərinə müəyyən vəzifələr düşür.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxış edərək bildirib ki, jurnalistlərin seçkilərdə iştirakı aktual bir mövzudur. Onun sözlərinə görə, seçkilər günü Mətbuat Şurası özünün "qaynar xətti"ni yaradacaq və ölkənin bütün regionlarından jurnalistlər qarşılaşdıqları problemlərlə bağlı həmin "qaynar xətt"ə zəng edə biləcəklər.

Ə.Amaşov deyib ki, seçkilərlə bağlı mətbuatda gedən yazıları, seçkilər-polis-jurnalist münasibətlərini müşahidə etmək üçün monitorinq qrupu yaradılıb. Ə.Amaşov əlavə edib ki, bu günə qədər Mətbuat Şurasına jurnalistlər tərəfindən prezidentliyə namizədlərlə bağlı ictimaiyətdə "qara piar"ın aparılması ilə bağlı hər hansı bir şikayət daxil olmayıb./Trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48378

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46412

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48056

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47646

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47275

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47680
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 19:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru