Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2013
16:42
Kosova müharibəsini ABŞ bunun üçün törədibmiş

Amerika ordusu Kosovanın cənubunda 300 hektardan böyük sahədə şəhər kimi bir hərbi baza yaradıb. Qərb ölkələri belə artıq başa düşürlər ki, bu baza müvəqqəti deyil, daimidir.

FaktXəbər-in məlumatına görə, Fransanın "Le Figaro" jurnalına istinadən verdiyi məlumata görə, sözügedən bazanın adı "Bondstell"dir və kiçik bir Amerika şəhərini xatırlatdır. Amerikalıların tikdiyi Priştina (Kosovonun paytaxtı) və Skopya (Makedoniyanın paytaxtı) arasındakı Bondstell bazası gizli deyil, amma aparılan tikinti işləri və daimi yeniləməl göstərir ki, bu böyük planın tərkib hissəsidir. Avropalı mütəxəssislər bildirirlər ki, Amerika Kosova müharibəsini qarşıdurmaların sıx olduğu Balkan yarımadası, Aralıq dənizi və Orta Şərqə müdaxilə üçün ideal yer olan bu bölgədə baza yaratmaq üçün təşkil edib.



Vyetnam müharibəsinin iştirakçılarından olan komandir Ceyms Leroy Bondsteelin şərəfinə adlandırılan Amerika bazasında son dərəcə möhkəm bünövrələr üstündə qurulan 160 mənzillik bina var.

"Le Figaro" jurnalı Bondsteel bazasında xəstəxana, kitabxana, idman kompleksləri və digər binaların bomboş olduqlarını yazaraq, belə deyir: "Aydındır ki, baza başqa məqsəd üçün tikilib, benzindoldurma məntəqələrinin önü Amerika avtomobilləri və hərbi texnikalarla doludur. Bura kiçik Amerika şəhərini xatırladır, evlər soyuq və istidən qorunmaq üçün kondisionerlərlə təchiz edilib. Yollar müasir bir şəhər kimi asfaltlanıb. Aydındır ki, amerikalılar müharibə bitsə, ya da səbəbləri ortadan qalxsa da, bura yerləşmək məqsədiylə gəliblər. Komandirlərdən birinin heç çəkinmədən bizə, "bura Amerika üçün ən əhəmiyyətli bazalardan biridir", - deməsi də bunu göstərir."

Jurnalın araşdırması nəticəsində bəlli olub ki, şəhərciyin əsas sakinləri amerikalı əsgərlərdir. Burada ümumilikdə 232 evin tikilməsi nəzərdə tutulub ki, ümumilikdə 6000 əsgərin yaşaması planlaşdırılır. Bu, Amerikanın Avropadakı ən böyük bazasıdır.

Bazanın təchizatı bunlardır:

- Kondisionerli 160 bina
- 24 administrativ bina və inşa halındakı digərləri
- 24 saat açıq 2 nəhəng yeməkxana
- İki idman kompleksi
- Tam təchizatlı bir xəstəxana
- İki kilsə
- Əyləncə mərkəzi
- "Burger King" restoranı
- Çox ucuz bir süpermarket
- Kitabxana
- Atletizm stadionu
- Futbol stadionu
- Bağlı voleybol salonu
- Bağlı basketbol salonu
- 800 nəfərlik əyləncə zalı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
1051

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1137

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
200

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
170

Təhsil Nazirliyinə 2 milyon manat ayrılıb

21

Noyabr
16:26
BÖLMƏNİ DÜZ SEÇ!
174

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
195

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
150

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
195

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
195
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 20:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru