Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2013
14:14
Natiq Cəfərli: `Reklamlar müştəriləri cəlb etməyə hesablanıb. Reklamlarda göstərilən rəqəmlərlə bankın təqdim etdiyi rəqəmlər arasında ciddi fərqlər var`

“İlk öncə banklarla müqavilə bağlayarkən şərtləri diqqətlə oxumaq lazımdır. Mümkündürsə vətəndaşlar hüququ bilən və bank qayda-qanunundan xəbəri olan insanların köməkliyi banklara müraciət etsinlər. Əks halda müəyyən neqativ hallarla üzləşə bilərlər.” 

 

Bu sözləri FaktXeber.com-a iqtisadçı-ekspert Natiq Cəfərli bankların kredit siyasəti ilə bağlı açıqlama verərkən qeyd edib. Müsahib bildirdi ki, bəzi vətəndaşlar müqavilənin şərtlərini oxumadan imza atırlar: “Banklar da bunu bilərəkdən şərtləri özlərinə sərf edən formada və uzun-uzadı hazırlayırlar. Nəticədə isə vətəndaşın bir neçə səhifəlik müqavilə sənədini başa düşə-düşə oxuyub imza atması mümkün olmur. Ona görə də müştərilər müqaviləni oxumadan imza atırlar. Müqavilələr bütün öhdəlikləri və məsuliyyəti müştərinin üzərinə atmaqla bankın xeyrinə uyğun formada hazırlanır. Bütün ağırlaşdırıcı şərtlərin hamısı kredit götürən şəxslərin üzərində yüklənir. Eyni halda müqavilələrdə bankların hansı ciddi öhdəliklər götürməsi və sanksiyalarla üzbəüz qala bilmə halları göstərilmir. Vətəndaşlar xüsusilə bu məsələyə diqqət etməlidirlər. ”

 

Müsahib onu da bildirdi ki, bankların reklamlarına aldanmaq olmaz: “ Ona görə ki, bankların reklamları müştəriləri cəlb etməyə hesablanıb. Reklamlarda göstərilən rəqəmlərlə bankın təqdim etdiyi rəqəmlər arasında ciddi fərqlər var. Ona görə də reklamlara aldanmamaq üçün müqavilələri diqqətlə nəzərdən keçirmək lazımdır. Eyni halda reklamlarda göstərilən yalan informasiyalarla bağlı qanunvericilikdə xüsusi sanksiyalar nəzərdə tutulub ki, istehlakçıların hüquqları ilə məşğul rəsmi qurumlar buna ciddi nəzarət etməlidir. Sözügedən qurumlar bu tip reklamların yayımlanmasının qarşısını almalıdır. Ona görə ki, bu cür reklamlar vətəndaşları aldatmaqla yanaşı onların səhv qərar verməsinə səbəb olur.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
161

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
301

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
227

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
211
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 16:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru