Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2013
11:08
Azərbaycan və İranın arasında “Qaynar xətt” yaradılacaq
İranlı nazir: “Mətbuatımız iki ölkə arasında olan mövzulara həssaslıqla yanaşmalıdır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Elşad İskəndərov, İrana işgüzar səfəri çərçivəsində İİR Mədənyyət və İslami İrşad naziri Əli Cənnəti ilə görüş keçirib.

Dini komitənin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, iranlı nazir  Dövlət Komitəsi sədrini və Azərbaycanın rəsmi heyətini səmimi salamlayaraq Azərbaycan Respublikası ilə onu bir çox xoş xatirələrin bağladığını qeyd edərək, xüsusən mərhum prezident Heydər Əliyevin İrana səfəri çərçivəsində Məşhədə etdiyi ziyarət zamanı onunla görüşü haqda xatirələrindən danışıb. Ə.Cənnəti həmçinin İİR və Azərbaycan Respublikası arasında mədəni və dini sahədə əməkdaşlığın tarixi haqda və bu əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə fikirlərini bildirib.

Hazırda dünyanı narahat edən ən böyük problemlərdən birinin dini zəmində radikal və ifrat düşüncələrə malik dini hərəkatların olduğunu qeyd edən İranlı nazir, belə cərəyanların qarşısının alınmasında bütün dünyanın əməkdaşlıq etməli olduğnu vurğulayaraq, Azərbaycan ilə bu sahədə də müştərək fəaliyyətə hazır olduğunu qeyd edib. Ə.Cənnəti həmçinin Qarabağın işğalı ilə bağlı İran dövlətinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.

Səmimi keçən görüşdə Ə.Cənnəti İran və Azərbayan mətbuatında dini mövzular barədə qarşılıqlı yazılar, İslam mədəni irsi və elmi mübadilə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunub, ortaq İslam mədəniyyəti ənənələrinin yaşadılması zəruriliyi haqda fikirlərini açıqlayıb.

Öz növbəsində Elşad İskəndərov İranlı həmkarına dəvətə görə təşəkürünü bildirərək, digər sahələrdə olduğu kimi, Azərbaycan hökümətinin İran ilə dini sahədə də konstruktiv, qarşılıqlı maraqlar və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduğunu qeyd edib. DQİDK sədri Azərbaycanda dövlətin İslam dini dəyələrinə göstərdiyi gayğı haqqında ətraflı məlumat  vermiş, son illərdə bilavasitə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sahədə görülən işləri xüsusi qeyd edib. Dövlət komitəsinin sədri Azərbaycan hökümətinin bir sıra beynəlxalq forumlarda İslamofobiya ilə mübarizə sahəsində, həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəyliyin artırılması sahəsində fəal rolunu qeyd edib. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduğunu nəzərə çatdıran DQİDK sədri, Azərbaycan bu rolunun bütün müsəlman ölkələri üçün vacib olduğunu xüsusi vurğulayıb.

Aparılan söhbət zamanı E. İskəndərov mətbuatın dini sahədəki məsələlərlə baglı, bəzən qarşı tərəf haqda əsassız məlumatların yaydığını nəzərə çatdıraraq, belə məlumatlara dövlət qurumları tərəfindən operativ reaksiya verilməsinin vacibliyini, bu məqsədlə təmsil etdikləri qurumlar arasında birbaşa, “Qaynar xətt” formatında işləyən əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib. İranlı həmkar həqiqətən mətbuatın iki ölkə arasında olan münasibətlərə həssas yanaşmasının vacib olduğunu vurğulayaraq, irəli sürülən təkliflə razı olduğunu söyləyib.

Xatırladaq ki, İranda mətbuatla iş məhz Mədəniyyət və İslami İrşad nazirliyinin fəaliyyət səlahiyyətlərinə aiddir.


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48378

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46417

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48056

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47646

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47285

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47680
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 21:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru