Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2013
15:52
30 ölkənin əskinası Şəmkirdə saxlanırmış

Şəmkirdə bir sıra ölkələrinin əski və yeni pulları bir araya gəlib. Belə ki, adıçəkilən rayonun Alabaşlı kəndində yaşayan Emil Aslanovun peşəkar kolleksiyasında dünyanın 30 – a  yaxın ölkəsinin əskinasları toplanıb. Gənc numizmatikaçının sözlərinə görə, Nigeriya, Somali, Keniya, Suriya, Səudiyyə Ərəbistanı kimi ölkələrin əski və yeni pulları kolleksiyanın bəzəyidir. Bu kağız və dəmir pulların toplanmasında ona dostlarının yaxından kömək etdiyini vurğulayan Emil Aslanov, bu işlə  7 ildir ki, məşğul olduğunu bildirdi. Gənc kolleksiyaçının arxivində Xalq Cumhuriyyətinin, eləcə də ən yeni tariximizin bir neçə dəfə dəyişmiş milli əskinasları diqqətimizi xüsusi cəlb etdi. Emil Aslanov həmçinin kəndin yaşlı sakinlərindən toplanılmış bu pulları göz bəbəyi kimi qoruduğunu söylədi. 20 yaşlı toplayıcının pul kisəsində yaşı 120 – dən yuxarı ən qədim pullara da rast gəldik. Nümunələr arasında diqqətimizi daha çox Çar Rusiyasının kağız qəpikləri cəlb etdi. Kolleksiyaçılar üçün nadir tapıntı olan bu kağız pullara asanlıqla rast gəlinmədiyini deyən Emil Aslanov 1400 il yaşı olan Alabaşlı kəndinə hələ üzə çıxmamış daha qədim dövr pullarını da əldə edəcəyinə inanır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
161

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
175

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
210

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
349
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 22:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru