Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2013
14:10
Azərbaycanda vərəm xəstələrinin elektron xəstəlik tarixçəsi yaradılıb

Azərbaycanda vərəm xəstələrinin vahid elektron məlumat bazası hazırlanıb. Bu barədə məlumatı Movqe.az-a Azərbaycanda Səhiyyənin Gücləndirilməsi layihəsinin vərəm üzrə meneceri Şərafət İsmayılova verib. Ş. İsmayılova bildirib ki, e-TB menecer elektron məlumat bazası, Azərbaycanda vahid e-hökumət layihəsinin bir hissəsi kimi qəbul edilə bilər:

"Belə ki, bu sistem Azərbaycanda tətbiq olunan sağlamlıq kartı sisteminə də inteqrasiya olunacaq. Məlumat bazası EİDSS (Elektron Epidemioloji Nəzarət Sistemidir) sistemi ilə də əlaqəlidir. Vərəmə şübhəli, vərəm xəstəliyi təsdiqlənən xəstə barədə məlumat Gigiyena və Epidemiologiya Mərkəzindən EİDSS-ə keçir, buradan isə e-TB manacer-ə inteqrasiya olunur. Növbəti addım sağlamlıq kartına keçməkdir. E-TB manacer sisteminin əsas üstünlükləri xəstələrin statistik qeydiyyatında dublikasiya (təkrarlanma) ehtimallarının 0-a enməsi, həmçinin xəstənin müalicəsinin keyfiyyətinə, diaqnostikasına, nəzarət etmək imkanı verir. Bu sistem bir növ vərəm xəstələrinin elektron xəstəlik tarixçəsidir. Sistemə hal-hazırda 35 vərəmlə mübarizə üzrə tibb müəssisəsi qoşulub. E-TB manacer sistemi həmçinin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində də tətbiq edilir".

Ş. İsmayılova bildirdi ki, xəstələrin konfidensiallığının qorunması məqsədilə yalnız aidiyyatlı həkimlərə məlumat bazasına giriş və istifadə imkanı verilir. Sistemə daxil olmaq üçün hər bir həkim üçün xüsusu giriş kodu və şifrəsi verilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6700

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5534

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7047

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9782

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6767
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 01:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru