Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2013
11:25
Telekanallar 10 dəqiqəlik efir üçün 30 min manat istəyir

Həsən Kərimov: “Seçki fonduna yetərincə vəsait toplanarsa, imkanlarımıza bir daha baxacağıq”

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki qərargahı seçkiyə qədər görüləcək əsas işləri artıq planlaşdırmağa başlayıb. Seçki qərargahının hazırda əsas hədəflərindən biri də prezidentliyə namizəd Cəmil Həsənli üçün uğurlu seçki təbliğatı kampaniyasının qurulmasından ibarətdir.
Təbii ki, belə bir effektli təbliğat kampaniyasının qurulması üçün KİV-lərlə iş, xüsusilə də, telekanallarda namizədlərə ayrılacaq efir vaxtından səmərəli istifadə böyük önəm daşıyır. Ona görə də, bu və digər önəmli seçki hazırlıqları ilə bağlı məlumat almaq üçün Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimova müraciət etdik.
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov bildirdi ki, bu istiqamətdə çoxsaylı tədbirlər planı hazırlanmaqdadır: “Prezidentliyə namizəd Cəmil Həsənlinin seçki təbliğatı üçün bir sıra tədbirlərin hazırlanmasına başlanılıb. Seçki təbliğatı kampaniyasına ayrılmış 21 günlük bir müddət çox azdır. Ancaq bununla belə, Cəmil Həsənlinin seçki qərargahı bu müddət ərzində mümkün qədər effektiv və intensiv işləməklə qarşıya qoyulmuş məqsədlərə maksimum səviyyədə nail olmağa çalışacaq. İlk növbədə paytaxt Bakıda və Azərbaycanın bütün rayonlarında seçki təbliğatıyla bağlı mitinqlərin, eləcə də, qapalı zallarda əhaliylə görüşlərin keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlərdə, xüsusilə mitinqlərdə prezidentliyə namizəd Cəmil Həsənlinin şəxsən iştirak etməsinə və seçicilərlə birbaşa ünsiyyətə girərək müraciət edə bilməsinə nail olmağa çalışacağıq. Ancaq təbii ki, vaxt çox dar olduğundan bütün bu tədbirlərin hamısında Cəmil Həsənlinin özünün birbaşa iştirak etməsi bir qədər çətin olacaq. Ona görə də, onun şəxsən iştirak edə bilməyəcəyi bəzi tədbirlərdə Cəmil Həsənlinin vəkillərinin iştirak etməsi də tamamilə mümkündür. Eyni zamanda Cəmil Həsənlinin seçki qərargahı təbliğat plakatlarının və müxtəlif bukletlərin çapını da planlaşdırır. Həmin seçki təbliğatı vasitələrində Cəmil Həsənlinin əhaliyə müraciətini əks etdirən siyasi, iqtisadi və sosial məzmunlu müxtəlif şüarlar da olacaq. Nəhayət, Milli Şuranın prezidentliyə namizədinin seçicilərə ünvanlanmış ayrıca bir ana şüarı da hazırlanacaq. İndi Cəmil Həsənlinin özü təbliğat qrupuyla birlikdə həmin ana şüarın məzmununun hazırlanması üzərində işləyirlər. Ana şüar müəyyənləşdirilən kimi dərhal ictimaiyyətin diqqətinə çatdırılacaq”.
Həsən Kərimovun sözlərinə görə, Cəmil Həsənlinin seçki qərargahı telekanallarda ayrılacaq efir vaxtından səmərəli istifadə edilməsinin mümkün yolları üzərində düşünməyi də qətiyyən unutmayıb: “Seçki qanunvericiliyi əsasında telekanallarda ayrılacaq efir vaxtından da prezidentliyə namizəd Cəmil Həsənli və onun vəkilləri maksimum səviyyədə effektiv istifadə etməyə çalışacaqlar. Eyni zamanda, efir vaxtından Cəmil Həsənlinin həyat və fəaliyyətini əks etdirən videoçarxların nümayişi də nəzərdə tutulub”.
Ancaq Həsən Kərimov Milli Şuranın ödənişli efir vaxtından istifadə edə biləcəyinə hələlik tam əmin deyil: “Biz bununla artıq maraqlanmışıq. Telekanallar 10 dəqiqəlik ödənişli efir vaxtı üçün 30 min manat tələb edirlər. Belə bir fantastik məbləğin ödənməsi Milli Şuranın və bu qurumda təmsil olunan partiyaların imkanı xaricindədir. Ona görə də Milli Şuranın ödənişli efir vaxtından istifadə edə biləcəyinə hələlik əmin deyiləm. Ancaq bununla belə, prezidentliyə namizəd Cəmil Həsənlinin seçki fonduna yetərincə maliyyə vəsaiti toplanarsa, bununla bağlı imkanlarımıza bir daha baxa bilərik”./Yeni Müsavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
427

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 02:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru