Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2013
13:05
Əlillər, veteranlar və şəhid ailələri ilə bağlı prezidentə müraciət edildi
“Hətta bəzi məmurlara qanunvericiliyin tələbini xatırladan da belə, adama cinayətkar kimi münasibət göstərirlər”

Etimad Əsədov: “Müharibə əlilləri, veteranlar, şəhid ailələrinin az bir qismi özlərinin və yaxın qohumlarının dəstəyi ilə normal həyat yaşayırlar”

Rövşən Əhmədli: “Bizim bütün fəaliyyətimiz ona yönəlib ki, cəmiyyəti fəsad və yad dəyərlərə sürükləyərək şəhidlik məktəbindən ayırmaq istəyənlərin arzusunu ürəyində qoyaq”

Növrəstə xanım İbrahimova: "Başqa müsəlman ölkələrində Parlamentdə bütün ixtiyar müharibə əlillərinə  tapşırılıb, şəhid ailələrinə xüsusi etimad bəslənilir. Elə buna görədir ki, vətən torpağının bir qarışını belə düşmən  əlinə verməzlər."

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Beynəlxalq Qarabağ Konfransına hazırlıq çərçivəsində müharibə əlilləri, veteranlar, şəhid ailələri və digər kateqoriyadan olan insanların problemlərinin həll edilməsinə dair ictimai dinləmələr keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə tədbirdə tanınmış siyasilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər müharibə əlilləri, veteranlar və şəhid ailələrinin mövcud problemləri barədə məlumata verərək, onun aradan qaldırılması yolları haqqında müzakirələr aparıblar. 

İlkin olaraq çıxış edən Qarabağ Qazilərinin lideri Etimad Əsədov bildirdi ki, deyilən kateqoriyadan olan insanların və onların ailələrinin dayanıqlı təminatı həyata keçirilməlidir: “Müharibə əlilləri, veteranlar, şəhid ailələrinin az bir qismi özlərinin və yaxın qohumlarının dəstəyi ilə normal həyat yaşayırlar. Əksər bir hissəsinin isə sosial və maddi durumu kifayət qədər acınacaqlı vəziyyətdədir. Bu kateqoriyadan olan insanların dayanıqlı təminatı deyiləndə ilk öncə pensiya təminatını nəzərdə tuturuq. Dövlət sözü gedən insanlara elə bir formada pensiya ilə təmin etməlidir ki, onları heç bir problemlə üzləşməsinlər. ”

Tədbirdə iştirak edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli bildirdi ki, müharibə əlilləri, veteranlar, şəhid ailələri və digər kateqoriyadan olan insanların problemlərinin sadalamaq kifayət deyil və eyni halda problemlərindən çıxış yolları axtarıb aranmalıdır: “Qarabağ Uğrunda Alyans olaraq sözügedən kateqoriyadan olan insanların problemlərini bir anda belə ictimai diqqətdən yayınmasına imkan verməyəcəyik. Bizim bütün fəaliyyətimiz ona yönəlib ki, cəmiyyəti fəsad və yad dəyərlərə sürükləyərək şəhidlik məktəbindən ayırmaq istəyənlərin arzusunu ürəyində qoyaq. Biz artıq noyabr ayının 6-da Təbrizdə böyük bir Beynəlxalq Qarabağ konfransı keçirməyi nəzərdə tuturuq. Belə bir tədbir 20 il ərzində ilk dəfədir ki, baş tutacaq və buna görə hər birimizə təbrik düşür.”

Ölkədəki problemlərin qanunlara əməl edilməməsi üzündən baş verdiyini qeyd edən Rövşən bəy, “zaman-zaman müəyyən qanunlar qəbul olunmasına baxmayaraq heç kəs əməl etmir. Hətta bəzi məmurlara qanunvericiliyin tələbini xatırladan da belə, adama cinayətkar kimi münasibət göstərirlər. Yəni bizim özümüzə münasibət necədirsə, qanunlar qarşı da münasibət elədir”, - deyə bildirdi.

Sonra söz Azərbaycan İslam Pariyasının Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İB-nin sədri Növrəstə xanım İbrahimovaya verildi. O, nitqində ölkəmizdə bir qisim insanlardan başqa əslində hamının qaçqın və köçkün olduğunu dilə gətirdi: «Həqiqi qaçqın və kökün olanlara isə 21  il ərzində  dövlət tərəfindən əsl mənada qayğı və məhəbbət göstərilməyib. Başqa müsəlman ölkələrində Parlamentdə bütün ixtiyar müharibə əlillərinə  tapşırılıb, şəhid ailələrinə xüsusi etimad bəslənilir. Elə buna görədir ki, vətən torpağının bir qarışını belə düşmən  əlinə verməzlər. Çünki onları dəyərləndirən və şəhadət məktəbini anladan düzgün mövqeli rəhbərlər var». Növrəstə xanım çıxışını bitirərkən müsbət nəticə almaq üçün müsbət fikirli insanlara ehtiyac olduğunu dilə gətirdi.

Sonda tədbir iştirakçıları sözügedən problemlərin həlli ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıblar. 

Müraciətdə İlham Əliyevdən aşağıda qeyd olunması problemlərin həllinə dair dövlət orqanlarına hərəkət keçməsi üçün göstəriş verməsi xahiş edilib.  

1) Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə verilən pensiya, təqaüd və müavinətlər artırılsın

2) Müharibə veteranlarına verilən 33 manat konsepsiyasının bir neçə dəfə artırılması

3) Müdafiə Nazirliyinin Bakı və regionlardakı hərbi hissələrin arxivlərində müharibə iştirakçılarına veteran və əlillik statusunun verilməsində yaranmış problemləri həll edilsin

4) 2002-ci ilin yanvar ayında ləğv edilmiş kommunal (qaz, işıq, su, sərnişindaşımadan istifadə və.s) xərc güzəştləri bərpa edilsin

5) Müharibə veteranının mənzil təminatı həyata keçirilsin

6) Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinin özlərinin və ailə üzvlərinin sağlamlıqlarının sığortalanaraq xərclərinin dövlət sığorta şirkəti tərəfindən ödənilməsi  

7) Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinin özlərinin və övladlarının bütün növ təhsil müəssisələrində təhsil haqqı ödənişindən azad edilməsi və ya dövlət tərəfindən ödənilməsi həyata keçirilsin

8) Vəfat etmiş Qarabağ müharibəsi əllili, veteran və şəhid ailələrinin dəfn və mərasim xərclərinin dövlət tərəfindən ödənilməsi 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61761

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59495

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61155

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60840

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66316

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60601

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60810
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2021 18:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru