Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Avqust

2013
10:48
3688
Qərbi Qərb edən İslam alimləri
Qərbin bəzi alimləri müsəlman ölkələrinin işğalında qarət edilmiş elmi əsərlərin tərcüməsi zamanı orada yatmış xəzinələri oğurlayaraq öz adlarına çıxmaqla məşhurlaşıblar

Uzun əsrlərdir Qərb dünyasının öyündüyü kəşflərin əslində kimə məxsus olduğu yavaş-yavaş işıq üzü görür. Məhz bu kəşflər sayəsində Qərb, Qərb olub. Məhz bu kəşflər sayəsində uzun illər Qərb elm sahəsində birinci olub. Və müsəlmanların heç bir elmi nailiyyətlərdə əli olmadığ iddia olunub. Alimlərin yaşadıqları dövrə və ondan sonrakı illərə diqqət yetirsək görərik ki, sən demə dünyanın düzənini dəyişdirən əhəmiyyətli kəşflərin sahibi müsəlmanlardır. Qərb alimləri isə sadəcə müsəlman ölkələrinin işğalı zamanı qarət edilmiş kitabxanalardan götürülmüş elmi əsərlərin tərcüməsi zamanı orada yatmış xəzinələri oğurlayaraq öz adlarına çıxmaqla məşhurlaşıblar. 
Dekart, Qaliley, Kopenik, Nyuton, Lavoisier, Kepler, Wright qardaşları, Toriçelli, Kristof Kolomb, Vasco da Qamma...
Bunları tanımayan varmı? Məncə yox.
İbtidai məktəbdən başlayaraq, tanımağa başladığımız bu xarici alimləri, tarix kitablarına baxsanız, bir çox əhəmiyyətli kəşflərin və fikirlərin "ilk" sahibi kimi görərsiz. Əsrlər əvvəl Səmərqənd, Bağdad və İstanbuldan latıncaya və ya fransızcaya çevrilən bir çox kitablardakı fikirləri söyləyən və kəşfləri edənlər isə gizlədilib. Onların elmi nailiyyətləri Avropalı alimlərin adına yazılıb. 
Məsələn, Nyutonu hamı "Cazibə qanunu"nu tapan ilk şəxs kimi tanıyır. Halbuki, cazibəni ilk dəfə kəşf edən, alim, bəlkə də çoxlarının indiyə kimi bir dəfə də olsun adını eşitmədiyi bir müsəlman - Fəxrəddin Razidir.

İbn Sinanın tibb kitabını ispanlar niyə yandırdılar?

Aşağıda adları hallanan alimlərin yaşadıqları zamanlara və onların kəşflərinə diqqət etsək görərik ki, son bir neçə əsrdə Qərb dünyasının elm sahəsində heç bir irəliləyişi olmayıb, onların kəşf deyə bizə təbliğ etdikləri isə, əslində müsəlmanlara məxsusdur. 

İndi isə gəlin, Qərb mənbələrinə istinadən, heç bir şərh vermədən bir çox kəşfi "ilk" edən İslam alimlərini tanıyaq:

- İlk kağız fabrikini yaradan alim - İbn Fəzl
- Qızılca və çiçək xəstəliyini kəşf edən alim - Zəkəriyyə Razi
- Mikrobu ilk aşkarlayan alim - Ağşəmsəddin
- Cüzzamı kəşf edən alim - İbn Cəssar
- Vərəm mikrobunu kəşf edən alim - Donqar Vasim
- İlk göz əməliyyatını həyata keçirən alim - Əmmar
- İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- Kiçik qan dövranını kəşf edən alim - İbni Nəfis
- Sıfırı ilk istifadə edən alim - əl-Xarəzmi
- Triqonometriyanı ilk kəşf edən alim - Bəttani
- Tangens, kotangens və kosekantı ilk istifadə edən alim - Əbül Vəfa
- Triqonometriya kitabını yazan alim - Nəsirəddin Tusi
- İlk triqonometrik çevrilmə düsturunu kəşf edən alim - İbni Yunis
- Binom düsturunu ilk kəşf edən alim - Ömər Xəyyam 
- İlk difransiallama kitabını yazan alim - Sabit ibn Qurra
- Onluq kəsri ilk kəşf edən alim - Qiyasəddin Cəmşid
- İlk teleskopu kəşf edən alim - Zərkali
- Dünyanın fırlandığını kəşf edən ilk alim - Əbu Reyhan Biruni
- Dünyanın çevrəsini ilk ölçən alim - Musa Qardaşlar
- Günəşin üzündəki ləkələri ilk kəşf edən alim - Fərqani
- Ulduzların mövqeyini ölçən və ilk xətkeş hazırlayan alim - Cabir ibn Əflah
- İlk avtomatik idarə sistemləri hazırlayan alim - Əhməd ibn Musa
- Kibernetikanı ilk quran alim - İsmayıl Əl-Cəzəri
- İlk optik cihazın təməllərini qoyan alim - İbni Heysəm
- Səsin fiziki şərhini ilk verən alim - Fərabi
- İlk torna dəzgahını kəşf edən alim - İbni Qərra
- Qanadlarla uçan ilk alim - Hazərfən Əhməd Çələbi
- İlk təyyarəni hazırlayan alim - Əbu Firnas
- Yerin cazibə qüvvəsini kəşf edən alim - Razi
- Rəqqaslı saatı ilk kəşf edən alim - İbni Yunis
- Maddələrin spesifik ağırlığını ilk hesablayan alim - Həzini
- Atomun parçalana biləcəyənin ilk kəşf edən alim - Cabir ibn Xəyyam
- Göy qurşağını ilk açıqlayan alim - Qütbəddin Şirazi
- İlk kimya laboratoriyasını yaradan alim - Cabir ibni Həyyan
- Saf spirti ilk əldə edən alim - Razi
- Fosforu ilk kəşf edən alim - Bəşir
- Topu ilk kəşf edən alim - Fateh Sultan Mehmet
- İlk qitə səyahətnaməsini yazan alim - İbni Bətutə
- İlk dünya xəritəsini çəkən alim - Mürsiyəli İbrahim
- İlk əcza kitabını yazan alim - İbni Baytar.

Aqil Mehdi

Məqalədə : İslam alimləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 05:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru