Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2013
20:57
Niyə “qara siyahı”ya ermənilər daxil edilməyib və Qarabağda olmayan şəxslərin adları ora necə düşüb?

Rəsmi Vaşinqton Azərbaycan hökumətinin “qara siyahı”sı ilə bağlı şərhə malik deyil. Siyahıya 35 amerikalının adı daxil edilib. Onlara Bakının razılığı olmadan Dağlıq Qarabağa getdiklərinə görə Azərbaycana gəlmək qadağan olunub.

“Dağlıq Qarabağa səfər zamanı həmin şəxslər ABŞ hökumətini təmsil etməyiblər. Bizim bu məsələyə dair rəsmi mövqeyimiz aydındır: biz vətəndaşlarımızı hərbi vəziyyətlə əlaqədar bu regiona getməməyə çağırmışıq. Azərbaycan hökumətinin razılığı olmadan regiona səfər etmək onların gələcəkdə Azərbaycana gedişinin mümkünlüyünü sual altına alır”, - adının çəkilməsini istəməyən rəsmi mənbə Turan-ın Vaşinqton müxbirinə bildirib.

Eyni zamanda mənbə qeyd edib ki, Azərbaycan hakimiyyətinin “qara siyahı”sı “ciddi görünmür”. Dərc olunmuş siyahı hər şeydən öncə siyasiləşmiş kimi görünür və uzunmüddətli strategiyanı əks etdirmir”. Vaşinqtondakı bəzi analitiklər belə hesab edirlər. Belə ki, siyahıda olan 335 adın arasında elə adamlar var ki, onlar heç zaman Dağlıq Qarabağda olmayıblar. Lakin ən maraqlısı odur ki, onların bəzisi regiona Azərbaycan hökumətinin sponsorluğu ilə gediblər.

Belə ki, bu yaxınlarda Con Hopkins Universitetinin 16 tələbəsi Bakıda, Yerevanda 10 gün qalıb, bəziləri isə Qarabağda da olub.

“Biz Qarabağ münaqişəsinin və onun həlli yollarının öyrənilməsi üçün Azərbaycana və Yerevana getdik. Azərbaycana səfər Azərbaycan Diplomatik Akademiyası, Ermənistana isə Qafqaz İnstitutu tərəfindən təşkil olunmuşdu.

Səfərdə məqsəd münaqişə ilə tanışlıq, problemin həllinə kömək edəcək yeni ideyaları düşünmək idi”, - səfər iştirakçısı, adı “qara siyahı”da olan Nikolay Vondra Turan-ın müxbirinə bildirib.

“Mən Qarabağa getmədim, ancaq nədənsə adım siyahıya düşüb”, - o qeyd edib.

Məlumatlı mənbələrdən Turan-a bəlli olub ki, amerikalı tələbələrin səfəri Azərbaycanın vergiödəyicilərinə $ 50,000-dən baha başa gəlib. Azərbaycanın Vaşinqtondakı səfirliyi vəziyyəti şərh etmir.

Öz növbəsində AZAD (azərbaycanlılar demokratiya  uğrunda) ictimai təşkilatının rəhbəri Elmar Şahtaxtinski “qara siyahı”ların tərtib olunmasını “qeyri-ciddi” adlandırıb.  Bu, daxili təbliğat üçün hesablanıb. “Bu, Azərbaycan hakimiyyətinin ölkənin problemlərinə, xüsusən də Qarabağ probleminin həllinə aid olmayan işlərə boş yerə milyonlarla dollar xərcləməsinə daha bir sübutdur”, - o bildirib.

Erməni mənbələrinin məlumatına görə, son illər on minlərlə turist bizim işğal olunmuş ərazilərimizə səfər edib. Halbuki, Azərbaycan XİN “qara siyahı”ya yalnız 350 nəfəri daxil edib ki, onların da bir çoxu heç zaman Dağlıq Qarabağda olmayıb.

Birləşmiş Erməni Fondunun prezidenti Artur Sasunyan “ Kaliforniya kuryeri” qəzetində öz sütununda yazıb: “Təəccüblüdür ki, Ermənistan rəhbərlərindən heç kim “qara siyahı”ya düşməyib, baxmayaraq ki, onlar regiona vaxtaşırı səfərlərini gizli saxlamırlar”.

“Bəlkə azərbaycanlı məmurlar Qarabağı Ermənistanın bir hissəsi hesab edirlər və bu səbəbdən Ermənistan vətəndaşlarını siyahıya daxil etmirlər?”, - o sual edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
95

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
195

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
135

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
140

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
250

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
335

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
262

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
59

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 18:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru