Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

02 Avqust

2013
12:43
2934
Azərbaycan kinosu 115 yaşında

Bu gün Azərbaycan kinosunun 115 yaşı tamam olur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda “Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu.

1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər oldu.

Son illərdə kino sahəsinə dövlət marağının artması tarixi-vətənpərvərlik mövzularında çəkilmiş nisbətən iribüdcəli “Cavad xan” və “Hökmdarın taleyi” kimi filmlərin meydana gəlməsinə kömək olub. Bu gün Azərbaycan kino tarixinin böyük bir hissəsinin bağlı olduğu 88 yaşlı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının bir çox problemləri var. İstər avadanlıqların köhnə olması, istərsə də digər şəraitsizlikdən burada müasir standartlara uyğun filmlərin çəkilməsi qeyri-mümkündür. Kinostudiyadan fərqli olaraq Azərbaycan kino tarixini özündə qoruyub saxlayan Dövlət Film Fondunun imkanları genişdir. Burada 60 mindən çox qorunan saxlanma vahidinin tərkibinə hər bir filmin montajlanmış təsviri, pasportu, təkrar yazılışın maqnit orijinalı, fonoqramın neqativi, filmdən fotoşəkil və onların neqativləri və digər nadir eksponatlar saxlanılır. Amma burada da görüləsi işlər hələ çoxdur.

Bu gün Azərbaycanda filmlər dövlət sifarişilə yanaşı özəl şirkətlərin xəttilə də çəkilir. Belə özəl qurumlardan biri “BakıFilm” Kinostudiyasıdır. Mövcud olduğu 6 il ərzində “Bakı Film” Kinostudiyasında vətənpərvərlik və Qarabağ müharibəsindən bəhs edən “Qaydasız döyüş”, “Seçilən”, “Bulağıstan” bədii filmləri, “Qızlar serialı”, eləcə də “Yaddaş” filmi hazırlanıb.

Bundan başqa “BakıFilm” kinostudiyasının çəkdiyi “Xoca” filmi dünyanın bir çox ölkəsində, habelə kino festivallarında nümayiş olunaraq tamaşaçıların rəğbətini qazanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
71

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
388

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
113

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
65

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
68

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 07:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru