Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2013
14:31
Məktəbli geyimləri ibtidai sinif şagirdlərinə 40, yuxarı sinif şagirdlərinə 52 manata satılacaq

Bu ildən Azərbaycanda "Bakı Tikiş Evi” (BTE) tərəfindən tikilən vahid məktəbli formasının qiyməti aşağı salınıb.

Bu barədə APA-ya BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. Onun sözlərinə görə, aşağı siniflər üçün olan məktəbli formalarının qiyməti 40 manata, yuxarı sinif şagirdləri üçün dəstlərin qiyməti isə 52 manat endirilib. E.Ezimovun sözlərinə görə, əgər əvvəllər aşağı sinif şagirdlərin məktəbli geyimlilərinin 26 ölçüdən 44 ölçüyədək geyimlərin qiyməti 40-45 manat idisə, hazırda ibtidai sinif şagirdləri üçün 26 ölçüdən 44 ölçüyə kimi bütün geyimlərin qiyməti yalnız bir qiymətə, 40 manata olacaq. Yuxarı sinif şagirdləri üçün əvvəl 34 ölçüdən 54 ölçüyədək geyimlər 53-55 manat idisə, hazırda onlar 52 manata satılacaq.
 
E.Əzimov qeyd edib ki, bu ildən məktəbli geyimlərinin satılacağı mərkəzlərin sayı da artırılıb. Onun sözlərinə görə, artıq Abşeron və Sumqayıt məktəblərinin də şagirdləri məktəbli geyimlərini öz ərazilərindən əldə edirlər: “Belə ki, Abşeron rayonu üzrə 4 məntəqədə - 2-si Xırdalanda, 1-i Saray və 1-i Mehdiabad qəsəbəsində, Sumqayıtda isə 2 mağazada yeni qiymətlərlə məktəbli formasının satışına başlanılıb. Ümumilikdə isə 20-ə yaxın mağazada məktəbli geyimlərinin satışı həyata keçirilir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
315

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1540
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 15:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru