Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2013
15:07
15 min manat söhbətinə DİN-dən cavab gəldi
Ehsan Zahidov: “Məğrur Bədəlsoyun BMCMİ-nin əməkdaşlarına qarşı səsləndirdiyi fikirlər qeyri-obyektiv və əsassızdır”

Dünən saytımızda “15 min manatı polis əməkdaşları tərəfindən mənimsənilən əlillər fəryad etdi” adlı məlumatı dərc etmişdik. Əlilə məxsus olan və Bakıxanov qəsəbəsində yerləşən köşkdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri tərəfindən qanunsuz olaraq 15 min manat məbləğində pulun mənimsənilməsi və rüşvət müqabilində geri qaytarılmasını iddia edən əlillərin Müdafiə Komitəsinin sədri Məğrur Bədəlsoy, bununla bağlı RATİ-də mətbuat konfransı keçirmişdi. 

Şikayətçi tərəfin səsləndirdiyi fikirlərlə bağlı FaktXeber.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov səsləndirilən fikirlərin həqiqətə uyğun olmadığını söylədi. DİN rəsmisi qeyd etdi ki, adının çəkilməsi istənilməyən vətəndaşın müraciəti əsasında BMCMİ-nin əməkdaşlarına məlum olub ki, sözügedən və köşk adlandırılan obyektdə Ramil Quliyev adlı şəxs qanunsuz şəkildə valyuta dəyişmə məntəqəsi işlədirmiş: “BMCMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində məlum edilib ki, Ramil Quliyevin işlətdiyi valyuta dəyişmə məntəqəsi müvafiq lisenziya olmadan və vergi qeydiyyatına alınmadan qanunsuz şəkildə açılıb. Bununla əlaqədar olaraq valyuta məntəqəsində olan 4315 manat, 903 ABŞ dolları, 36750 rus rublu, 950 türk lirəsi və 3 min avro pul və bir ədəd qaralama kitabçası aşkar edilir və rəsmi sənədlərlə protokollaşdırılaraq götürülür. Eyni halda Ramil Quliyevin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair materiallar üzrə prosesual qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilmişdi. Göndərilən materiallara valyuta dəyişmə məntəqəsindən götürlən pullar və qaralama kitabça da daxildir. BMCMİ-yə dəvət edilən Ramil Quliyev isə izahatı alındıqdan sonra sərbəst buraxılıb. Araşdırmalar zamanı dünən mətbuat konfransı keçirən əlillərin Müdafiə Komitəsinin sədri Məğrur Bədəlsoy da BMCMİ-yə dəvət olunaraq Ramil Quliyevin qanunsuz əməlləri ona izah edilib. Ona görə də Məğrur Bədəlsoyun BMCMİ-nin əməkdaşlarına qarşı səsləndirdiyi fikirlər qeyri-obyektiv və əsassızdır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
432

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 03:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru