Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyul

2013
11:14
Sinoptiklər yaxın dörd gün üçün xəbərdarlıq etdi

FaktXəbər-in məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata bildirilir ki, iyulun 24-dən 26-dək bəzi yerlərdə şimal-qərb küləyinin saniyədə 15-20, arabir 23-27 metrədək güclənəcəyi, temperaturun Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 33-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 25-30, Abşeron yarımadasında 33-36, bəzi yerlərdə 38 dərəcəyədək yüksələcəyi gözlənilir.
İyulun 24-dən 26-ı gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metrədək, ayrı-ayrı yerlərdə isə arabir 23-27 metrədək güclənəcəyi gözlənilir.

İyulun 23-də Bakıda havanın temperaturu gündüz 33-35 dərəcə isti olacaq.

İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 23 metrədək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.
İyulun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20, arabir 18-20 metrədək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacaq.
İyulun 25-də axşam, 26-da gecə və axşam saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 24-25-də Azərbaycanın rayonlarında havann temperaturu gündüz 24-38, bəzi yerlrədə 40 dərəcə isti olacaq.
Yaxın 3 gündə Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47011

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45180

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46775

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46395

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51941

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46055

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46568
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 17:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru