Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2013
13:04
“Belə getsə Qarabağa ayağımız dəyib kəlməsini deyə bilməyəcəyik”
"Qarabağ münaqişəsi regionu daima təhlükə altında qoymaqla yanaşı növbəti müharibə odunu alovlandıra bilər"

Jalə Cəfərova: “Biz susduqca bunlar daha da həyasızlaşırlar”

Akif Nağı: “İlk öncə işğal altında olan ərazilərimizdəki tarixi abidələrin dağıdılması ilə bağlı işlər görülməlidir”

Rövşən Əhmədli: “Cəmiyyətimiz, xüsusilə gənclərimiz şəhidlik ruhunda tərbiyə olunmalıdır. Bunun üçün ən gözəl nümunə şəhidlərin sərvəri olan İmam Hüseynin (ə) Kərbəla məktəbidir”

FaktXeber.com-un verdiyi məlumata görə, Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Qarabağ mövzusunda ictimai müzakirələrə başlanılıb. Müzakirələrin keçirilməsində məqsəd cəmiyyətdə Qarabağ məsələsi il bağlı vahid mövqenin formalaşdırılması, zərərli fikirlərin neytrallaşdırılması, nəzərdən kənarda qalan aspektlərin ortaya çıxarılaraq ictimailəşdirilməsi, torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların tezliklə başlanması və qələbənin əldə olunması üçün daha səmərəli vasitələrin araşdırılmasından ibarətdir. Bu istiqamətdə bir sıra məsələlərin ictimai müzakirələrə çıxarılması nəzərdə tutulur. 

Tədbir şəhidlərin ruhlarının bir dəqiqəlik sükutla və ruhlarına dua oxumaqla açıq elan edildi. Milli Mədəniyyət Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərovun aparıcılığı ilə baş tutan müzakirələrdə alyansa daxil olan təşkilatların təmsilçiləri, ekspertlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

Jalə Cəfərova çıxışı zamanı bildirdi ki, Kəlbəcərdə və digər 8 rayondaolan Azərbaycana məxsus zinət və tarixi əşyalar İrəvanda saxlanılır: “ Digər qızıl və zinət əşyalarını isə öz havadarlarına hədiyyə verilir. Şuşadakı 17 məsciddən yalnız biri saxlanılıb. Yerdə qalanları isə yerlə yeksan olub. Onu da ki, xarici qonaqlara göstərmək üçün saxlayıblar. Əksər tarixi abidələrin sökülməklə yanaşı erməniləşdirilir. Biz susduqca bunlar daha da həyasızlaşırlar. Əgər bizim susqunluğumuz bu cür davam edərsə, düşünürəm ki, artıq Qarabağa ayağımız dəyib kəlməsini deyə bilməyəcəyik. Ona görə də əlimizdən gələn bütün işləri görməliyik.”

Sonra çıxış edən QAT sədri Akif Nağı İran-İraq müharibəsinin iştirakçısı olmuş və hazırda Ərdəbil şəhərində yaşayan generalın vətənpərvərlik və şəhidlik ruhunun yüksəldilməsi bağlı gördüyü işdən danışdı: “Biz Ərdəbildə olanda həmin generalın evində olduq. Çox böyük bir şəxsiyyət idi. O, öz evinin zirzəmisində təxminən 100 kvadratmetrlik yeri müharibədə şəhid olmuş Ərdəbil şəhidlərinin şəkilləri ilə bəzəyib. Hər dəfə Ərdəbil gənclərini ora yığaraq onlara şəhidlikdən və vətənpərvərlikdən dərs keçir. Bu bizim üçün də nümunə olmalıdır. Halbuki həmin generala dövlət tərəfindən heç bir yardım edilməyib və bunların hamısını öz hesabına həyata keçirilib.” 

Akif bəy onu da bildirdi ki, müzakirələrin keçirilməsində əsas məqsəd ictimai birlik və fərd olaraq Qarabağla bağlı nə edə biləcəyimizi müəyyənləşdirməkdir: “İlk öncə işğal altında olan ərazilərimizdəki tarixi abidələrin dağıdılması ilə bağlı işlər görülməlidir. Belə ki, tarixi abidələrlə bağlı hamının əlində olan faktlar bir yerə yığılaraq kitab şəkilində çap edilməlidir. Hesab edirəm ki, bizim buna gücümüz çatar. Bizdən fərqli olaraq ermənilər bu sahədə olmayan şeylər haqqında çoxlu sayda kitab çap ediblər.”    

Tədbirdə iştirak edən “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” rəhbəri Rövşən Əhmədli çıxışı zamanı bildirdi ki, Alyansın Təbriz səfərindən sonra qərara alınıb ki,  Beynəlxalq Qarabağ Konfransı ilə əlaqədar öncədə hər iki ölkədə Qarabağla bağlı elmi nəzəri seminarlar keçirilsin: “Konfransın məqsədi Qarabağla bağlı tarixi həqiqətlərin ortalığa çıxarmaqdır. Eyni halda Qarabağla bağlı bütün dünya müsəlmanlarının səylərini birləşdirməyə çalışacağıq. Ümumiyyətlə Qarabağ münaqişəsi regionu daima təhlükə altında qoymaqla yanaşı növbəti müharibə odunu alovlandıra bilər. Ümidvarıq ki, bu cür seminarlarla Qarabağ problemini daha çox ictimaiyyətin diqqətinə çatdıra biləcəyik. Qarşıdan prezident seçkiləri gəlir və hesab edirik ki, hakimiyyət iddialı olan istənilən siyasi qüvvənin ilkin amalı və hədəfi Qarabağın azadlığı və milli-mənəvi dəyərlərimiz qorunub saxlanılması və inkişaf etdirilməsi olmalıdır. Cəmiyyətimiz, xüsusilə gənclərimizi şəhidlik ruhunda tərbiyə olunmalıdır. Bunun üçün ən gözəl nümunə şəhidlərin sərvəri olan İmam Hüseyn(ə)-ın Kərbəla məktəbidir.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
150

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
236

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
165

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
177

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
132

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
215

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
140
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 15:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru