Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2013
10:25
Yeni tikililərdə alınan aylıq 40-50 manatlıq əlavə xərclər qanunauyğundurmu?
Ramil Osmanlı: “Standart kimi mənzilin kvadratı və ölçüləri götürülür”

MTK-lar tərəfindən inşa edilərək vətəndaşlara satılan yeni binalarda yaşayan sakinlər evlərinin hər kvadratmetrinə görə hər ay pul ödəmək məcburiyyətindədirlər. Bəzi vaxtlar olur ki, işıq və qaz pulundan əlavə bina sakinləri 40-50 manat miqdarında ödəniş etməli olurlar. MTK-lar isə alınan vergini zibil, lift pulu və digər xərclərlə izah etməyə çalışırlar. Halbuki sözü gedən ödənişlər köhnə binalarda ən aşağısı iki dəfə az alınır. Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün iqtisadçı-ekspert Ramil Osmanlı ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən ekspert bildirdi ki, istər köhnə, istərsə də yeni binalarda yığılan lift və zibil pulu kimi ödənişlər kommunal xərclər kateqoriyasına aiddir. “Köhnə binalarla bağlı rəqəmlər konkret olaraq təsdiqlənib və ona uyğun rüsum alınır. Lakin yeni binalardakı taariflər korporativlər tərəfindən təyin edilir. Yeni tikililərlə bağlı xüsusi mənzil məcəlləsi tətbiq olunur və qarşısında mənzil fondunun 4 istiqamətdə idarə edilməsi durur. Onlardan da biri MTK-lardır. MTK-lar ödəniş taariflərinin miqdarını təyin etməklə bağlı sərbəstdirlər. Nazirlər Kabinetinin ayrıca bununla bağlı sərəncamı yoxdur. Ona görə yeni binalar üçün köhnə taariflər real deyil. “

Sonda ekspert bildirdi ki, köhnə taariflərlə əlaqədar MTK-lardan nəyisə tələb etmək bir az düzgün yanaşma sayılmır: ”Standart kimi mənzilin kvadratı və ölçüləri götürülür. Qiymətlər isə o qədər də ciddi şəkildə fərqlənmir. Təxminən mənzilin hər kvadratına 20-25 qəpik düşür.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
427

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru