Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2013
14:48
Avstriyalı hakimdən Azərbaycana qarşı şok rüşvət itihamı
“Belə sübutları Azərbaycanda rüşvətlə də əldə etmək olar”

Azərbaycanlı mühacir Samir Qurbanovun Avstriyadan deportasiya olunmasına qərar verilib. Bu barədə FaktXəbər-ə mühacirin özü məlumat verib. Onun sözlərinə görə, seçki saxtakarlıqlarını videokamera ilə lentə aldığına görə, Azərbaycanda hakimiyyət orqanları tərəfindən təqzyiqlərə məruz qalıb və siyasi sığınacaq üçün Avstriyaya üz tutub.

Himayəsində 4 azyaşlı uşaq olan S.Qurbanov illər boyunca Avstriyada yaşamaq və işləmək hüququ əldə etməyə çalışsa da, bu ölkənin hökumət qurumları ona bu imkanı verməkdən imtina ediblər. Nəhayət, bu yaxınlarda Avstriya məhkəməsi S.Qurbanovun ölkədən deportasiya olunması ilə bağlı qərar verib.

Mühacirin sözlərinə görə, avstriyalı hakim onun təqdim etdiyi sübutları qulaqardına vurub və deyib ki, belə sübutları düzəltmək Azərbaycanda çətin deyil. S.Qurbanovun sözlərinə görə, hakim hətta deyib ki, belə sübutları Azərbaycanda rüşvətlə də əldə etmək olar.

Avstriyadan sonra Samir Qurbanov 6 nəfər ailə üzvü ilə (4 azyaşlı uşaq və iki valideyn) İsveçrəyə üz tutub. Cenevrə Konvensiyasına əsasən onları dövlət öz sığınacaqlarından birində yerləşdirib. Onlarla lazımi söhbətlər aparılıb və hazırda Qurbanovlar ailəsi İsveçrənin hakimiyyət orqanlarından cavab gözləyir.

Qeyd edək ki, 1950-ci il BMT konvensiyasına əsasən, bütün ölkələr siyasi baxışlarına görə təqib olunanlara öz ərazilərində siyasi sığınacaq verməyə borcludurlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68384

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65797

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67619

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66936

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72431

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66704

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67018
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 20:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru