Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2013
09:51
Ramazan ayı ilə bağlı 10 göstəriş

Şaban ayı keçəndən sonra Ramazan ayının ayaq səsləri daha artıq eşidilməyə başlayır, belə bir ayda bəndələrə İlahi rəhmət süfrəsi salınır və hər bir insan özünü bu aya hazırladığı qədər bu İlahi süfrədən istifadə edə bilər.
 
Məşhurdur ki, alim və ariflər bu ziyafət ayında iştirak etmək üçün bir il özlərini hazırlayırlar. Bəziləri də rəcəb və şaban aylarını seçir və Ramazan ayına tədarük görürlər. Rəvaytdə var ki, həzrət Peyğəmbər (s) şaban ayını oruc tutub ibadət etməklə məşğul olardı; şaban ayının orucunu Ramazan ayının orucuna birləşdirərdi və buyurardı şaban, mənim ayımdır.
 
İlahi ziyafət ayı xas bir insanlara aid deyil, əksinə hər bir şəxs öz qabiliyyəti həddində bu süfrədən istifadə edib bəhrələnə bilər. Elə buna görə, bu müddət ərzində özünü hazırlaya bilməyən şəxslər üçün nemətlə dolu rəcəb və şaban ayları qərar verilib ki, Ramazan ayına hazırlaşa bilsinlər.
 
Amma bu iki aydan da istifadə edə bilməyən şəxslər isə göstərişə əsasən, Ramazan ayına az qalmış bir ərəfədə bu duanı oxusunlar: "Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh". İmam Rza (ə) buyurur: "Allah-Təala mübarək Ramazan ayının hörmətinə çoxlu bəndələri şaban ayında cəhənnəm odundan azad edər".
 
Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
 
1- Çox dua etmək
 
2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək)
 
3- Çox Quran oxumaq
 
4- Günahlardan tövbə etmək

5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq
 
6- Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq
 
7- Qəlbdən bütün günahların kökünü kəsmək
 
8- Təqvalı olmaq
 
9- Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək
 
10- Bu duanı çox oxumaq: "Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh."

"İslam Həqiqətləri"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 23 dəfə pozulub

06

Dekabr
10:15
HƏRB
135

ABŞ-da "Muhamməd" və "Aliyə" adları ilk 10-luqda

06

Dekabr
10:00
BÖLMƏNİ DÜZ SEÇ!
211

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
350

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
322

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
601

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
384

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
319
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 10:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru