Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2013
14:39
Media nümayəndələrindən Ramazanda kimlər oruc tutacaq?
"Çox istərdim oruc tutum, ancaq səhhətimlə bağlı alınmayacaq. Allah bağışlasın"

Qarşıdan müqəddəs Ramazan ayı gəlir. Təbii ki, bu ayda səhhəti və sağlamlığı imkan verən müsəlmanlar oruc tutacaqlar. FaktXeber.com olaraq bununla media işçilərinin münasibətini öyrəndik. 

“Ramazan ayında oruc tutacaqsınızmı”, - sualını cavablandıran media nümayəndələri müxtəlif fikirlər səsləndirirlər. 

  

“Yeni Müsavat” qəzeti Röya Rəfiyeva: “Təşəkkür edirəm, dözüm dolu ibadət arzu edirəm hamıya. Ancaq mən oruc tutmayacam. ”

Minval.az” saytının redaktoru İlkin Qəmbər: “Tutmayacam” 

Space radiosunun xəbərlər proqramının aparıcı Famil Məcidli: “Çox istərdim tutam, amma bacarmıram”

“Yeni Müsavat” qəzeti Azər Rəşidoğlu: “İnşəallah ki, oruc tutmaq niyyətindəyəm. Uzun illərdir ki, oruc niyyətində oluram. Allah bizləri gerçək oruc tutanlardan eləsin!

“Azadlıq qəzeti” Sevinc Vaqifqızı: “Mən deistəm. Dini inancım yoxdur.”

“Ayna -Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov: “Mən də bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Əvvəllər orucumdan qalmazdım. Amma son iki il ərzində aldığım travmaların nəticəsində oruc tuta bilmirəm. Həkimlər icazə verməsə də ən azında əhya gecələri oruc tutmağa çalışacam. Allah cəm müsəlman bacı-qardaşların oruc dualarını qəbul etsin! Müsəlman dünyasına da sülh nəsib etsin!”

Azadlıq qəzeti Pərviz Cəbrayıl: “Təəssüf edirəm ki, mən o siyahıya düşə bilməyəcəyəm. Tanrı orucunuzu qəbul etsin. Sizləri də təbrik edirəm.”

Fotoreportyor Etimad Budaqov: “Çox istərdim oruc tutum ancaq səhhətimlə bağlı alınmayacaq. Allah bağışlasın.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
271

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
287

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
468

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
333

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
264

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
322

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
7387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 00:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru