Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2013
20:24
Elmar Məmmədyarov Xorvatiya Parlamentinin sədri Josip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Cari ilin 5 iyul tarixində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Parlamentinin sədri Josip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Elmar Məmmədyarov qonağı salamlayaraq bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Nazir həmçinin iki ölkənin istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnun olduğunu qeyd edib və parlament diplomatiyasının rolunu vurğulayıb.
 
Nazir Elmar Məmmədyarov müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına imkan yaradacağını diqqətə çatdırmış və Xorvatiyanı Avropa İttifaqına üzvlüyü münasibəti ilə təbrik edib.
 
Xorvatiya Parlamentinin sədri Josip Leko ölkəmizə səfər etməkdən məmnunluğunu bildirərək ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlərdə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. İki ölkə arasında, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Xorvatiyalı qonaq həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Xorvatiyanın prinsipial mövqeyinin olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47558

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45705

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47338

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46940

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52471

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46592

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 22:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru