Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2013
22:25
İngilis kanalı ramazan ayı boyunca səhər azanını canlı yayımlayacaq
Kanal rəhbəri buna görə tənqid olunacaqlarını bildiyini söyləyib

İngiltərənin "Channel 4" televiziya kanalı ramazan ayı boyunca səhər azanını canlı yayımlayacaq.FaktXəbər-in məlumatına görə, kanalın proqram müdiri Ralph Lee, "Azan müsəlmanları ibadətə çağırmaqla birgə, digər dinləyicilərə də belə bir ayın üstünlüyünü yaşadacaq", - deyib.

Tənqidlə üzləşəcəklərini indidən bildiklərini deyən Lee, "ancaq bizim burada görəcəyimiz iş təmsil edilməyənə, alternativə yer ayırmaqdır" söyləyib.

İngiltərədə müsəlmanların sayının hər gün artdığına diqqəti çəkən Lee, ""Channel 4"ün tamaşaçıları olduqca gəncdir. İngilis müsəlmanlarının yarısı isə 25 yaşdan aşağılardır", - deyib.

"Channel 4" ramazanın ilk günündə yayım zamanı dörd dəfə tamaşaçılara namaz saatlarını xatırladacaq. İlk gündən etibarən namaz saatları kanalın internet saytında yerləşdiriləcək. Kanal ramazan ayı boyunca səhər azanını canlı yayımlamazdan öncə isə ramazanla əlaqədar 2-3 dəqiqəlik qısa film göstərəcək.

İngiltərədə 2011-ci ilin məlumatlarına görə təxminən 3 milyon müsəlman yaşayır. Bu isə əhalinin 5 faizi deməkdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
248

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
234

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
266

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
252

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
372

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
346

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
551
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 02:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru