Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2013
16:20
Kimsəsizlər evində 15 min manat rüşvət müqabilində növbədənkənar uşaq verilir?
Mətanət Əliyeva: “Qohumlarım müraciət edəndə onlara 15 min manat rüşvət müqabilində növbədənkənar uşaq verilməsi təklif olunmuşdu"

Kimsəsiz uşaqların müdafiəsi və onların problemləri daima bütün cəmiyyəti qayğılandıran və narahat edən məsələlərdən biri olub. Gözünü açandan yalnız uşaq evinin divarlarını görən tifillərin və körpələrin ən böyük arzusu  onlara sahib çıxacaq xeyirxah bir ailə ilə bağlı olub ki, digər uşaqlar kimi onlara da atalıq və analıq etsinlər. Maraqlı olan budur ki, hazırda Azərbaycanda kimsəsiz uşaqlara sahib çıxmaq istəyən ailələr kifayət qədərdirmi? Eyni halda övladlığa götürülən uşaqların hüquqları onların ailələri tərəfindən lazımı formada qorunurmu? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən "İmpuls" qəzetinin baş redaktoru Mətanət Əliyeva kifayət qədər maraqlı fikirlər səsləndirdi. Müsahib bildirdi ki, bir neçə müddət bundan öncə 3 ailə kimsəsizlər evindən uşaq qəyyumluğa götürmək üçün ondan yardım etməsini istəyib: “Həmin ailə aidiyyəti orqanlara müraciət edəndən sonra məlum oldu ki, onlardan öncə 500-ə yaxın şəxs növbəyə durub. Lakin 15 min manat rüşvət müqabilində növbədənkənar uşaq verilməsi də təklif edilmişdi. Hər bir rayonun icra hakimiyyətində qəyyumluq şöbəsi fəaliyyət göstərir. Həmin şöbənin fəaliyyəti isə qəyyumluğa götürülən kimsəsiz uşaqların hüquqlarının qorunması ilə bağlıdır.”

Uşaqların qəyyumluğa götürməyin həddindən artıq çətin bir proses olduğunu bildirən Mətanət xanım, “ həddin artıq sənəd tələb olunur. Hətta hepatit, spid və digər xəstəliklərlə bağlı həkim rəyləri olmalıdır ki, onların da hər birinin analizi 200-300 manatdır. Hətta bəzi vaxtlar xəstə olmayanlara belə hepatit diaqnozu qoyulur. Mənim bir neçə qohumum sözügedən problemlə üzləşmişdi. Buna səbəb isə hepatit dərmanlarının satışı ilə məşğul olan qrupların biznes maraqlarıdır ”, - deyə bildirdi: “Kimsəsiz uşaqları qəyyumluğa götürən ailələrin əksəriyyəti övladı olmayanlardır. Eyni halda övladı olanlardan da kimsəsiz uşaqlara sahib çıxanlar var.”

Qəyyumluğa götürülən şəxslərin hüquqları ilə bağlı da məsələlərə toxunan Mətanət xanım bildirdi ki, ölkədə nəyə nəzarət var ki, buna da olsun: “Bizim məmurların beynində puldan başqa bir şey yoxdur. Pul verib iş girirlər və məqsədləri də pul qazanmaqdır. Apardığım araşdırmalar zamanı məlum oldu ki, uşaq qəyyumluğa götürmək istəyən xarici vətəndaşlarla bağlı işlər Ailə Uşaq və Qadın Komitəsinə tapşırılıb. Mənim komitədə tanıdığım adamların hamısı keçmiş rüşvətxorlardır. Onlar hər şeyi pula satarlar. Fikirləşirəm ki, həmin şəxslər böyük pullar qazanmaq üçün həmin işi ələ keçiriblər. Hesab edirəm ki, kimsəsizlər evində olan uşaqların verilməsi arxasında çox böyük cinayətlər dayanır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2090

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2230

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
263

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru