Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2013
09:57
ATƏT Parlament Assambleyası Azay Quliyevin qətnaməsini qəbul etdi

ATƏT Parlament Assamblyeasının İstanbulda keçirilən illik sessiyasında Milli Məclisin deputatı Azay Quliyevin müəllifi olduğu “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi” qətnamə layihəsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

FaktXəbər-in məlumatına görə, qətnamə layihəsinin preambula hissəsində ATƏT-in 1999-cu ildə İstanbulda qəbul edilən Nizamnaməsinə, BMT-nin 2000-ci il Milenium Bəyannaməsinə və ATƏT-in 2006-cı ildə qəbul etdiyi qətnaməyə müraciət edilib. Sənəddə iştirakçı dövlətlər qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyətləri institutlarının informasiya resurslarına çıxışları üzərində olan məhdudiyyətləri yüngülləşdirməyə, onlarla dialoqa, qərar qəbulu prosesinə və sosial problemlərin həlli məsələlərinə vətəndaş cəmiyyəti institutlarını cəlb etməyə, QHT-lərin birgə əməkdaşlığının təmin edilməsi üçün təcrübə və informasiya mübadiləsinin təşviqinə çağırılır.

Ən vacib maddələrdən biri regionda münaqişələrin beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktı və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında  həllinin vacib olduğunu vurğulayır və bu prosesə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının yaxından cəlb edilməsi ilə əlaqədar ATƏT-in üzv ölkələrinə çağırış edilir.

Daha sonra QHT-lərə ATƏT-in müvafiq institutlarında məşvərətçi statusunun verilməsi, demokratiyanın və qanunun aliliyinin qorunmasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması qətnamədə əksini tapan müddəalardandır.

Sənəd bununla yanaşı iştirakçı dövlətlərə vətəndaş cəmiyyəti institutları və hökumət arasında vasitəçilik və birgə əməkdaşlığı həyata keçirmək üçün müvafiq mexanizmlər yaratmağı və inkişaf etdirməyi və onların öz işlərinin yüksək səviyyədə yerinə yetirmək üçün hüquqi mühitin yaxşılaşdırılmasını məsləhət görür.

Qətnamə həmçinin, iştirakçı dövlətləri QHT-lərin fəaliyyətinin davamlılığını və maliyyə resurslarının müxtəlifliyini, o cümlədən daxili və xarici maliyyə mənbələrinə çıxışlarını təmin etmək üçün münbit şəraitin yaradılmasına və onların cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrə yaxından cəlb etməyə həvəsləndirir.

Xatırladaq ki,  Azərbaycan ATƏT-ə üzv olduqdan sonra ilk dəfədir ki, qətnamə müəllifi kimi çıxış edir. Qətnamə layihəsi (ABŞ-dan sonra)  ən çox ölkələrin dəstəyini qazanan ikinci layihə olmuş,  ATƏT PA iyunun 17-də bu haqda mətbuata açıqlama yaymışdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 02:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru