Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2013
09:44
Azay Quliyev ATƏT-in Minsk Konfransının çağırılmasını tələb etdi

FaktXəbər-in məlumatına görə, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci illik toplantısında Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatı müzakirəyə çıxarılıb. Müzakirələrdə Azərbaycanın nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev çıxış edib:

“Mən xanım Abramikiene ATƏT regionunda olan çox önəmli siyasi və təhlükəsizlik məsələlərini əhatə edən, olduqca yaxşı və hərtərəfli hazırlanmış məruzə üçün təşəkkür edirəm. Fikrimcə, hörmətli məruzəçi Sammiti “İstanbuldan İstanbula” adlandırmaqda tamamilə haqlıdır. Belə ki, 1999-cu il İstanbul Sammiti ATƏT təhlükəsizlik memarlığı baxımından olduqca önəmli olmuşdur. Həmçinin, onunlada razıyam ki, baxmayaraq ki, İstanbul Sammitində olduqca əhəmiyətli siyasi öhdəliklər qəbul edilmişdir, lakin bir çox məsələlər hələ də öz müsbət həllini tapmamış qalır. Bu məsələlərdən biri də, regionda olan uzun sürən münaqişələrdir: Moldovada Transdniestrian, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və əlbətdəki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Dağlıq Qarabağ münaqişəsindən söz düşmüşkən, bilirsiniz ki, biz bu problemi illərdi ki, müzakirə edirik. Təəssüflər olsun ki, 21 illik danışıqlara baxmayaraq, Qrup hələdə bu məsələ barədə heç bir uğur əldə edə bilməyib və münaqişə hələ də çözülməmiş qalır. Xanım Abramikienin öz məruzəsində qeyd etdiyi kimi, atəşkəsə baxmayaraq “təmas xəttinin hər iki tərəfində itkilər davam edir”.

Həmsədrlərin sülh danışıqlarında heç bir irəliləyişə nail olmadıqlarını nəzərə alaraq, məndə həmkarım Bahar Muradovanın təklifinə qoşularaq Minsk Qrupunun tam tərkibdə çağırılmasını təklif edirəm. Fikrimcə, 11 üzv ölkənin birgə iclası problemin hərtərəfli və birdəfəlik həllinin tapılması prosesinin dinamikası baxımından faydalı olar.

Minsk konfransında bir neçə suala cavab tapmalıyıq: nə üçün danışıqlar nəticəsiz qalıb? Biz problemi sülh yolu ilə necə həll edə bilərik? Başlıca maneələr nələrdir? Biz Minsk Qrupunun formatı barədə yenidənmi fikirləşməliyik? Bizim başqa ölkələri də bu prosesə cəlb etməyə ehtiyacımız varmı? Və yaxud, biz Qrupun mandatını gücləndirməliyikmi? Biz gərək bu suallara cavab tapaq.

Uzun sürən münaqişələrin sülh yolu ilə həlli regionumuzun gələcək tərəqqisi üçün həyati əhəmiyyət daşıyır. Ona görə də mən Minsk Qrupunun həmsədrlərini Qrupun iclasını tam tərkibdə çağırmağa səsləyirəm.

Eyni zamanda, burada erməni nümayəndə heyətinin həmsədr ölkələrinin G8 forumunda qəbul etdiyi bəyanatla əlaqədar səsləndirdiyi fikirlərə münasibət bildirmək istəyirəm. Bildiyiniz kimi hər üç ölkənin prezidentləri son bəyanatlarında mövcud status kvonun qəbul edilməz olduğunu bildiriblər. Mən də tam razıyam ki, mövcud status kvo dəyişdirilməlidir. Bunun dəyişməsi üçün ilk növbədə Azərbaycanın torpaqları Ermənistanın işğalından azad edilməlidir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 01:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru