Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2013
11:24
Natiq Cəfərli: `Azərbaycanda prezident seçkilərindən sonra qazın qiyməti arta bilər`

“Qazın və elektrik enerjisinin qiymətinin qalxacağına dair ikili yanaşmalar mövcuddur. Bir qism fikirlər enerji resurslarının qiymətlərinin artması ilə bağlıdırsa, digərləri bunun əksini söyləyir. Belə ki, ABŞ-da, Kanadada, Avstraliyada, Çində sland qazının hasilatının artması yaxın gələcəkdə mavi qazın qiymətinin aşağı düşəcəyinə səbəb olacaq.”

Bu sözləri FaktXeber.com-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli qaz və elektrik enerjisinin qiymətinin bahalaşmasına dair açıqlamalar verərkən qeyd edib. Müsahib bildirdi ki, hətta bp və Şebron kimi ciddi şirkətlər sland qazı ilə bağlı geniş analtik araşdırmalar apararaq proqnozlar veriblər: “Digər bir qrup ekspertlər isə yaxın gələcəkdə əhalinin və enerji ehtiyacının artımı ilə əlaqədar enerji daşıyıcılarının qiymətinin artacağı proqnozunu da verirlər. Lakin düşünürəm ki, qazın qiymətlərində kifayət qədər enmələr müşahidə olunacaq. Yaxın iki-üç ildə sözügedən tendensiya artacaq. Bunun əsas səbəbi sland qazının artımı ilə bağlıdır.”

Natiq bəy onu da bildirdi ki, yaxın günlərdə dünyada yeni qaz birjası fəaliyyət göstərəcək: “Əvvəllər qazın qiyməti neft birjasına uyğun tənzimlənirdi. Lakin yeni qaz birjası ilə qaz qiymətləri neftdən ayrılarsa, bu da ucuzlaşmaya gətirib çıxaracaq.”

Azərbaycanda isə yaxın zamanlarda enerji daşıyıcılarının qiymətlərinin qalxmayacağını bildirən ekspert, ”buna səbəb isə qarşıdan gələn prezident seçkiləridir. Lakin seçkilərdən sonra büdcədə müəyyən kəsrlər yaranarsa, müəyyən artımlar ola bilər”, - deyə bildirdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
151

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
301

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
227

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
206

Bu ay 10 gün qeyri-iş günü var

02

İyun
10:33
ÖLKƏ
388
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 15:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru