Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2013
09:37
Aydın Mirzəzadə: “Milli Şuraya məsləhətdir ki, hakimiyyət vasitəsilə nüfuz qazanmağa çalışmasınlar”

“Əvvəla müəyyənləşdirmək lazımdır ki, Milli Şura nəyi təklif edir? Əgər bu dialoq onların piyarı və nüfuza malik olmaq istədiklərini göstərmək üçün təklif edilirsə, məsləhətdir ki, hakimiyyət vasitəsilə bu nüfuzu qazanmağa çalışmasınlar. Yaxşı olardı ki, onlar nüfuzlarını cəmiyyətlə münasibətdən və onlardan dəstək almaqla qazansınlar.” 

 

Bu sözləri FaktXeber.com-a millət vəkili Aydın Mirzəzadə, Milli Şura ilə hakimiyyət arasında hər hansı bir dialoqun baş tutmasına dair səsləndirilən fikirlərə aydınlıq gətirərkən qeyd edib. Müsahib qeyd etdi ki, Milli Şuranın təklifləri vardırsa göndərsinlər biz də öz növbəmizdə təklifləri qiymətləndirərik: “Bu gün Milli Şura nə cəmiyyətin əsaslı qüvvəsi deyil, nə də ki, cəmiyyətdə kifayət qədər sosial bazası var. Digər tərəfdən bir qrup uğursuz siyasətçi tərəfindən yaradılan və fəaliyyətlərini xarici ölkə səfirlikləri və paytaxtlarında keçirilən görüşlərlə gündəmə gətirən şəxslərin bu gün nə təklif etdikləri aydın deyil. İlk növbədə dialoq zamanı nə istəyəcəklərini və təklif edəcəklərini aydınlaşdırsınlar. Yalnız bundan sonra dialoq məsələsinə baxıla bilər.”

 

YAP rəsmisi açıqlaması zamanı ölkədəki siyasi azadlıqlar və siyasi məhbuslarla bağlı səsləndirilən fikirlərdən də danışdı: “Əvvəla siyasi azadlıqlar məsələsi Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Bunların konstitusiyadan xəbəri yoxdursa, hakimiyyətlə görüşmək əvəzinə kitab köşklərindən Azərbaycan Konstitusiyasını alıb oxusunlar. Siyasi məhbus məsələsinə gəldikdə isə Azərbaycanda siyasi məhbusun olmaması hamıya gün kimi aydındır. Olmayan bir şeyi hakimiyyətə qəbul etdirmək isə Milli Şuranın siyasi zora əl atmasından xəbər verir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54863

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52954

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54360

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54104

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59519

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53808

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54140
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2020 12:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru