Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2013
12:44
Azərbaycan manatının gələcək taleyi necə olacaq?
Qubad İbadoğlu: “Pul dəyərsizləşməsi ilə qazanc arasındakı fərq inflyasiyanın sürətlənməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir”

SSRİ hökuməti dövründə bir neçə dəfə valyutanın ciddi şəkildə dəyərsizləşmə prosesi baş verdi. Belə ki, banklarda külli miqdarda pul götürən SSRİ vətəndaşları, pulu geri qaytararkən yerli valyuta tamamilə dəyərdən düşmüşdü. Belə ki, banklardan 20-30 min rubl pul götürən vətəndaşlar, onu bir neçə manatla geri qaytardılar. Hazırda da Azərbaycanda vətəndaşlara uzun müddətli yəni 25-30 illik kreditlər verilir. Maraqlıdır ki, görəsən 10-15 ildən sonra Azərbaycan manatının dəyəri necə olacaq? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Qubad İbadoğlu maraqlı fikirlər səsləndirdi. Müsahib qeyd etdi ki, Azərbaycan manatı gələcək illərdə elə də güclü olmayacaq. Buna səbəb neft gəlirlərinin azalması olduğunu bildirən ekspert, “neft gəlirlərinin azalması manatın dəyərsizləşməsini sürətləndirəcək. Eyni halda ölkəyə valyuta idxalı da aşağı düşəcək. Lakin inanmıram ki, Azərbaycan manatı ilə bağlı kəskin ucuzlaşma baş versin”, - deyə bildirdi: “Mümkündür ki, həmin dövrdə manat əvvəlki illərlə müqayisədə dəyərini itirsin və digər valyutalara nisbətən ucuzlaşsın. Pul dəyərsizləşməsi ilə qazanc arasındakı fərq inflyasiyanın sürətlənməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsi  deməkdir. Manatın ucuzlaşdığı dövrlərdə nominal qazanc əldə etmək mümkün olsa da, əvvəlki illərdə ki, kimi alıcılıq qabiliyyəti yüksək olmayacaq. “

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
427

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru