Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2013
16:23
Natiq Cəfərli: `Azərbaycanda nağdsız ödənişin göstəricisi 5% belə deyil. Görünür Vergilər Nazirliyi və digər aidiyyəti qurumlar bu sistemin tam oturuşmasında maraqlı deyillər”

Paytaxt Bakıda və digər şəhərlərdə yerləşən dükanlara və satış obyektlərinə nağdsız ödənişlər üçün avadanlıq quraşdırılmasından sonra ölkənin aparıcı bankları tərəfindən xüsusi ödəniş kartları buraxıldı. Karta sahib çıxan vətəndaşlar sözü gedən bankların post terminalı quraşdırılan satış mərkəzlərində və dükanlarında alış veriş edə bilirlər. Bəs bu prosesdən bankların və vətəndaşların qazandıqları və itirdikləri nə olur? Sözü gedən kart ödəniş sisteminin nə kimi faydası var?

FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, dünyanın aparıcı və inkişaf etmiş ölkələrində nağdsız hesablaşmalar ümumi iqtisadiyyatın ən azı 80%-ni təşkil edir. Azərbaycanda isə nağdsız ödənişin heç 5%-ə belə çatmadığını bildirən ekspert, “bunun bir neçə səbəbi var. İlkin səbəb budur ki, insanlar kart sisteminə öyrəşməməklə yanaşı, sözügedən sistemin üstün tərəflərini bilmirlər. Bu əslində Vergilər Nazirliyinin marağında olmalıdır ki, insanları nağdsız ödənişlərə üstünlük verməyə təşviq etsin”, - deyə bildirdi: “Nağdsız hesablaşma dövriyyənin daha düzgün bilinməsinə şərait yaradır və vergidən yayınmanın qarşısını alır. Görünür Vergilər Nazirliyi və digər aidiyyəti qurumlar bu sistemin tam oturuşmasında maraqlı deyillər.”

 

Natiq bəy onu da bildirdi ki, kart sisteminin vətəndaşlar üçün mənfi tərəfi banklar arasındakı müqavilələrin olmaması ilə bağlıdır: “Belə ki, bir bankın kartı ilə başqa bankın post terminalında alış veriş edən də müəyyən faizlər tutulur. Bu çox ciddi bir məsələdir. Məndə olan məlumata görə sözügedən problem yaxın günlərdə öz həllini tapacaq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
250

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
247

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 00:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru