Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2013
13:12
“Facebook”da bağlanan siyasi qruplar yenidən yaradıldı

Dünən səhər saatlarından etibarən Facebookda Azərbaycanın ən çox üzvü olan “Xilas”, “İstefa”, həmçinin iqtidaryönlü “Prezidentə Dəstək-2013, “Azərbaycana baxış” və “Azərbaycan 2013 Qələbə” qrupları yoxa çıxmıxdı.

Artıq bu gün vəziyyəti nəzərə alaraq Müsavat və AXCP partiyaları yeni “ET!” və “Azadlıq-Liberty” qruplarını yaradıblar. Hazırda “ET!” qrupunun üzvlərinin sayı 8351, “Azadlıq-Liberty” qrupunun üzvlərinin sayı isə 2443-dir.

“Prezidentə dəstək-2013” qrupu isə “Prezidentə dəstək” adı ilə adekvat qrup yaradaraq fəaliyyət göstərir. Qrupun hazırda üzv sayı 2022-dir.

“Azərbaycan 2013: QƏLƏBƏ!” qrupu isə eyni adla yeni qrup açaraq fəaliyyətini davam etdirir. Bu qrupa isə hələ ki, 161 nəfər qoşulub.

Ən son yenilənən qrup isə daha əvvəl 330 mindən çox üzvü olan “Azərbaycana baxış” qrupudur. Qrup adminlərinin verdiyi məlumata görə, onun yenidən açılmasında məqsəd müəllif hüquqlarını qorumaqdır. Belə ki, qrupların bərpa olunma ehtimalı hələ məlum olmadığından eyni adda yeni qrup açılıb.

Şirzadova Mehparənin sözlərinə görə, qrup müvəqqəti olaraq açılıb, bərpa olunduğu halda həmin qrup eyni tərzdə fəaliyyətini davam etdirəcək: “Eyni adda qrup açaraq başqa istifadəçilərin bu addımı atmasına imkan yaratmamış olduq. Yeni açılan qrupda əvvəl olduğu kimi, istifadəçilər yenə də öz fikirlərini səsləndirə biləcəklər”.

Qeyd edək ki, dünən səhər saatlarından etibarən bağlanan qruplar Azərbaycan “Facebook”unda ən çox üzvü olan və sosial-siyasi və digər ciddi müzakirələrin aparıldığı qruplardır.

Qrupların bağlanması ilə əlaqədar “Facebook” adminstrasiyasına müraciət edilib, ancaq hələ də sorğumuz cavablandırılmayıb. Onu da bildirək ki, qrupların bağlanma səbəbləri arasında Türkiyədə baş verən hadisələr, qrupların bir-biri ilə rəqib olmasından irəli gələrək şikayət etmələri və sosial şəbəkənin qaydalarını pozma ehtimalları dayanır./
Azvision

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18128

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16762

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18137

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17711

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23200

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17636

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17770
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 22:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru